Azərbaycan xalqının 12 şanlı dostu

1. Makedoniyalı İskəndər (m.ə. 356-323)

2. Vladimir Lenin – 1917-ci ildə
3. İngilis generalı Tomson – 1918-ci ildə
4. Rus eseri Funtikov 
5. Ənvər Paşa 
6. Nuru Paşa
7. L.P.Beriya
8. İngilis yazıçısı Ceyms Oldric
9. ABŞ tarixçisi Tadeuş Sveatoxovski
10. B.N.Yeltsin – Rusiya prezidenti
11. Oljas Süleymenov – Qazax yazıçı və publisisti
12. L.Lazareviç – Rusiya jurnalisti

1. Makedoniyalı İskəndər

Makedoniyalı İskəndər Makedoniya çarı II Filippin oğlu idi. Balkan yarımadasının cənubunda, Yunanıstandan şimalda yerləşən Makedoniya o vaxta qədər tarixdə elə bir rol oynamamışdı. II Filipp çar olandan sonra böyük bir sərkərdə kimi ətraf ölkələri fəth etdi, hətta Yunanıstanı da. O dövrdə onun qabağında dayanacaq bir sərkərdə yox idi.
Filippin oğlu İskəndər (Aleksandr) böyüyəndən sonra sui-qəsd nəticəsində həlak olan atasını əvəz edərək, kiçik bir ordu və yunan sərkərdələrinin və sivilizasiyasının köməyi ilə o dövrki dünyanı fəth etməyə çıxdı.
Bu, elə bir dövr idi ki, artıq 200 ildi ki, Misirdən Baktriyaya qədər onlarla Şərq ölkələri mənfur fars sülaləsinin – Əhəmənilərin zülmü altında əzab çəkirdi.
Belə ölkələrdən biri də bizim yurdumuz, o dövrdə Midiya adlanan Azərbaycan idi.
Əhəməni çarları yalnız Azərbaycan türklərinin və başqa türk xalqlarının hünəri ilə dünyanı fəth edib, hər yandan nə qədər sərvət varsa, hamısını öz paytaxtlarına daşımışdılar.
Və ən mənfur cəhəti də bu idi ki, fars ağaları qonşu xalqları, xüsusilə bizi zorla farslaşdırırdılar.
Biz də ki, özgələşmək üçün sinov gedirik, yəni əldən gedirik. Necə ki, yaxınlaracan Bakının və Azərbaycanın başqa şəhərlərinin əhalisi az qala ruslaşmışdılar.
20 yaşlı Makedoniyalı İskəndər öz kiçik ordusu ilə Əhəməni çarı III Daranın yarım milyonluq ordularını Qranik, İss və Qalmaqell döyüşlərində darmadağın edərək, bu mənfur imperiyanın varlığına son qoydu.
Onlarla xalq kimi Midiya türkləri də azad olub bellərini dikəltdilər.
İtaliyanın Pompeya şəhərinin kül altına qalmış xaraba evlərinin divarlarının birində bir şəkil üzə çıxıb. Həmin şəkildə döyüş zamanı üz-üzə dayanan İskəndərlə Dara təsvir olunur. Qədim dünya sənətkarlarına aid olan bu divar şəkli o qədər dərin, psixoloji əsərdir ki, baxmaqla doymaq olmur.
Budur, gənc İskəndərin üzündə nə qədər sakit bir qəzəb, qüdrətli bir iradə əks olunub!
O, düşməninə baxıb sanki deyir: – Hə, bu sənsən? Bu saat mənim kim olduğumu görəcəksən.
Daranın da üzünə baxın. O da sanki deyir: – Ey Əhrimən, bu nə bəlaydı mənim üstümə göndərdin? Doğrudanmı, bu cavan oğlan mənim başımı üzəcək? Bumu?
III Daranın bərəlmiş iri gözləri nələr demir.
Bəli, Makedoniyanın 23 yaşlı şanlı hökmdarı xalqımızın dostu və xilaskarı oldu və Midiya dövləti öz yeni çarı Atropatın başçılığı ilə müstəqil Atropat dövləti kimi tarixə daxil oldu.

(ardı var)

Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: