Vərdiş

Vərdiş döyük qüvvədir. Sovet dövründə tanınmış yazıçı Salam Qədirzadənin bir hekayəsi vardı.

Camaatın dənini vaxtaşırı uzaq bir dəyirmana aparan arabaçı vəfat edir. Onu əvəz edən yenə buğda tayalarını öz eşşək arabasına yükləyib, dəyirmana yola düşür. Yolda çayxanaya və «stalova»ya çatanda eşşək dayanır. Arabaçı nə qədər qamçılayırsa, heyvan yerindən tərpənmir ki, tərpənmir.
Axırda bu mənzərəni görən «stalova»nın sahibi ona yaxınlaşıb deyir:

— A kişi, heyvanı hədər yerə döymə, onda günah yoxdur. Səndən qabaqkı neçə illərdir ki, gəlib buradan keçəndə dayanar, yarım litr vurub, bir az mürgüləyər, sonra yola düşərdi.
Ona görə heyvan tərpənmir, çünki vərdiş edib.
Hamıya məlumdur ki, Azərbaycan korrupsiyanın miqyasına görə dünya ölkələri arasında fəxri yerlərdən birini tutur və 20 ildən çoxdur ki, bu vəziyyət dövlət siyasətinə çevrilib.
Və haçansa əgər kimsə doğrudan da bunun qarşısını almaq, rüşvəti məhv etmək istəsə, vay onun halına!
Mən həyətdə tez-tez ağacları çıxarıb yerlərini dəyişirəm. Nə qədər ki, ağac hələ körpədir, bu iş asan olur. Ağac ki, bir az böyüdü, cavan oldu, paho, gəl onu çıxar görüm, necə çıxarırsan. Minlərlə kökləri yerin elə dərinliyinə gedir ki, gərək onunla birlikdə azı 1 ton torpağı qaldırasan. Bu da ki, mümkün deyil.
Gələcəkdə rüşvətin kökünü kəsmək istəyən adam gərək hər yanda dar ağacları qurdursun və bu da çətin mümkün ola. Çünki beynəlxalq təşkilatlar buna icazə verməzlər. Bir də, rüşvətlə doğulmuş, böyüyüb başa çatmış, vəzifə və sərvət sahibi olmuş adamların içindən antikorrupsiyaçı çıxa bilərmi? Yox!

Реклама
Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: