Xalqımız niyə dözümlü xalqdır?

Arabir evə qayıdanda həyətdə əkmək üçün ağac alıram. Lənkərana yolum düşəndə də.

— Filan meyvəni istəyirəm, – deyirəm.

Hər dəfə də məni aldadırlar. Meyvənin tamamilə fərsiz bir növünü verirlər. Bilmirsən neyləyəsən. Axı bütün armudlar, gilaslar bir-birlərinə oxşayırlar.
Beləliklə, sübut olunur ki, xalq bütün mahiyyətilə yaramazdır. Ağacsatanların hətta bəziləri onun köklərini məhv edirlər ki (duzlu suya qoyur, yaxud da qaynadırlar), hər il yenisini alasan.
Avropada isə heç bir xalqın nümayəndəsi belə bir iş tutmaz.
Bəlkə, xalqın bu gündə, bu cür dəhşətli və acınacaqlı rəftara və taleyə düçar olmasının da səbəbi budur. Bir az mistikaya oxşayır. Bəs onda niyə bu gündəyik?
Bəli, bu məsələdə bir bağlılıq var, amma tamamilə psixoloji.
Yalançı, yaramaz adam (necə ki, ucdantutma hamımız beləyik) onunla eyni rəftar ediləndə, yəni aldadılanda, insan yerinə qoyulmayanda bunu təbii qəbul edir. Çünki axı özü də imkan düşəndə başqaları ilə elə rəftar edir.
Buna görə hər cür haqsızlığa dözür və hazırki vəziyyətdə olduğu kimi səsini də çıxarmır. Avropalı və ya ərəb isə heç vaxt başqasını aldatmır (tək-tək istisnalar ola bilər), yaramazlıq etmir. Ona görə bir başqası və ya dövlət tərəfindən belə bir rəftarla qarşılaşanda buna qətiyyən dözmür, ayağa qalxıb, ölsə belə onu aldadan zülmkarı, yaramazı yıxır.
Bax, bizim riyakarlığımız, yalançılığımız və acınacaqlı vəziyyətimiz, riyazi dildə desək, bərabərdir zəlillik, köləlik, aclığımıza. Məhz birinci xüsusiyyətlərdən ikinciləri hasil olur.

Реклама
Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: