Həyatın mənşəyi

Neçə illərdir ki, biz yer üzündə həyatın mənşəyi və əmələ gəlməsi, bu hadisənin təsadüfmü və ya hansı bir iradə və qüvvə tərəfindən yaradılması və təkamülü haqqında öz müşahidələrimizi «Hürriyyət»də və kitablarda oxuculara təqdim etmişik. «Karvan», «Tarixin qürubu» və s. kitablarda.
Biz canlı orqanizmlərin təkamülündəki ziddiyyət və anlaşılmaz məqamlara da diqqət vermişdik. Məsələn, orqanizmlərin öz-özünə bu qədər ağlasığmaz kamilliyi necə baş verir?
Təəssüf ki, bu yazılara və mülahizələrə səs verən olmadı və hardasa, bu da təbiidir. Lakin bu yaxınlarda əlimizə keçən bir kitabçada son illərdə bütün dünyada bioloq, filosof və başqa elm sahələrinin onlarla mütəxəssisi sanki bizə qoşulub həyatın Təkamül və ya hansı bir müəllif tərəfindən yaradılması və inkişafı barədə mübahisələrə başlayıblar. Və onların tədqiqatları, gəldikləri elmi-fəlsəfi nəticələr həmin kitabda öz əksini tapıb.
Biz də onları oxuyub sevindik. Sevindik ona görə ki, biz də bu dünya şöhrətli mütəxəssislərdən xəbərsiz neçə illərdir ki, eyni problemlər ətrafında düşünmüşük.
Bu barədə geniş danışmaq olardı, lakin zənn edirik ki, indiyə qədər dediklərimiz də kifayət edər. Yalnız antitəkamülçülərin bir fikri barədə mülahizə və mübahisələrə qoşuluruq.
Antitəkamülçülər iddia edir ki, canlıların, o cümlədən, insanın məsələn, gözü və ya qulağı müxtəlif və çoxlu hissələrdən ibarətdir ki, yalnız həmin hissələrin birgə fəaliyyəti nəticəsində insan görə və eşidə bilər. Yəni göz tədricən, hissə-hissə təkamüllə yaradılmayıb, birdən bütöv şəkildə əmələ gəlib.
Bizcə, gözlərin əmələ gəlməsi tədricən də mümkündür. Ona görə ki, sadacə olaraq bu proses dərinin altında göz hələ açılmamışdan da gedə bilər. Hələ örtülü ikən gözlərin ayrı-ayrı hissələri min, bəlkə də milyon illərlə formalaşıb tam hazır olandan sonra dəri tədricən cırılıb, canlı valıq (məsələn, həşərat, sürünənlər) görməyə başlayıb. Çünki başqa cür canlının birdən-birə qabaq, baş tərəfində bu qədər mürəkkəb bir orqan olan gözlərin əmələ gəlməsi ağla sığmır.
Eləcə də, qulaqların və xüsusilə beynin.
Bu orqanların tədricən, hissə-hissə əmələ gəlməsi, beynin qram-qram artıb bugünki şəklə düşməsi daha çox ağlabatandır, nəinki 1 kilo 600 qramlıq və 100 trilyonlarla neyrondan ibarət beynin birdən-birə «hazır şəkildə» başımıza qoyulması.

Реклама
Categories: Qızıl fəlsəfə | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: