Bir aforizmə şərh

5-6 il bundan qabaq çap olunmuş aforizmlərin birində yazmışdım: «O, insanların cinsini dəyişirdi».

Başqa aforizmlər kimi buna da əhəmiyyət verən olmadı. Çünki səviyyəmiz gizli mənaları dərk etmək imkanında deyil. Bəs mən nə deyirdim?
Bu gün bizdə də, daha çox Türkiyədə, amma ən çox ərəb ölkələrində və Avropada kişilər xeyli pul verib cinslərini dəyişir, arvad olub ərə gedirlər.
Əlbəttə, bu, öz-özlüyündə yolverilməzdir. Çünki təbiətə qarşı çıxmaq antitəbiət aktıdır.
Amma xəstə Avropa bunu insan azadlığının tərkib hissəsi kimi qadağan etmir və bu da klonlaşma və başqa elmi «nailiyyətlər» kimi Qərb sivilizasiyasının yaxın süqutunun göstəricilərindən biridir.
Lakin ən böyük cinsdəyişmə bizdə baş verir. Zahirən bu məcazi mənada.
Fizioloji cinsdəyişmə baş vermir. Lakin bizdə baş verən bu hadisə zamanı kişilər Avropada baş verən həqiqi cinsdəyişmədən sonra qat-qat çox arvadlaşırlar.
Avropada arvada dönən kişilər siyasi və mənəvi kişiliklərini saxlayırlar, bizdə isə tamamilə itirirlər.
Fərq sizə aydın oldumu? Ona görə bizdə bu əməliyyatı yerinə yetirən Avropa həkimlərindən qat-qat cinayətkardır. Çünki bizdə vaxtaşırı onlarla, yüzlərlə kişi bu cür «cinsini dəyişir».
Əslində «baş həkim»in burda günahı yoxdur. Çünki o, özünə lazım olduğu üçün bu «əməliyyatı» aparır. Amma növbəyə düzülənlərin sayı-hesabı olmadığına görə vaxtaşırı, əməliyyatlar ara vermədən davam edir.
Bizdə qansız baş verən bu hadisə keçmiş kişilər – əslində isə sadəcə, «sameslərə» çoxlu qazanc, pul, gəlir, villa və maşınlar gətirir. Avropada isə əksinə, cinslərini dəyişənlər çoxlu xərc çəkməli olurlar.
Bəli, hər aforizmin bu cür dərin sətiraltı mənası və anlayanlar üçün geniş şərhə imkanı var.
Qərb əhalisi bizim «həkimin» əməliyyatına getmir və getməzlər. Çünki erkəkliklərini itirsələr də, kişilikləri qalır, mənəvi ləyaqətlərini dəyişmirlər. Bizdə isə tamamilə əksinə, erkəkliklər qalır, kişilik isə itirilir.

Реклама
Categories: Qızıl fəlsəfə | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: