Azərbaycanın 16 dahi oğlu

4. Mir Cəfər Bağırov

Təbliğatla milçəyi şişirdib fil etmək mümkündür, əlbəttə, müəyyən dövrə qədər.
Eləcə, əksinə, susmaq və göz yummaqla dağı da inkar etmək olar, əlbəttə, yenə müəyyən dövrə qədər.
Mir Cəfər Bağırov ağlasığmaz çətin şəraitdə 20 il ərzində Azərbaycan torpağının bir qarışını da ermənilərə vermədi.
Əlbəttə, bu, ona asan başa gəlmirdi. Çünki Stalinin özünün iradəsinə və göstərişlərinə necə yox deyirdi, təəccüblüdür.
Mir Cəfər Bağırovun vaxtında Bakıda rus və başqa yad millətlərin nümayəndələri indikindən qat-qat çox idi. Amma cəmi bir və iki rusdilli məktəb vardı, institutlarda isə rusdilli kafedra və fakültələr yerli-dibli yox idi. İndi isə Bakıda yüz nəfər də rus, erməni və yəhudi yoxdur, amma rusdilli məktəblər əlindən tərpənmək olmur.
Mir Cəfər Bağırovun vaxtında rüşvət, yalan və ədalətsizlik çox cüzi, bəlkə də heç yox idi. Və heç kim yaxşıya pis, pisə yaxşı, yalana doğru deyə bilmirdi.
Səhvlər olurdu, çünki iş görürdü. Milli və mənəvi iş.
Millət vardı və onun nəfəsini, ürək döyüntüsünü hamı eşidirdi.
«Koroğlu» və «Nərgiz» operaları, o cür amansız dövrdə «Qılınc və qələm», «Gələcək gün» və «Abşeron» romanları yazıldı və nəhayət, misilsiz romans məktəbi yarandı.
Mir Cəfər Bağırov Güneydə də, Qüzeydə də ürəklərə birləşmiş, vahid Azərbaycan toxumunu səpdi.
Və nəhayət, Mir Cəfər Bağırov Azərbaycan millətçiliyini yaşadırdı, əlbəttə, səssiz-səmirsiz.
Mir Cəfər Bağırov dövründə Bakıda 26 mənfur komissara heç bir abidə qoyulmamışdı. Avakyan və başqa ermənilərin adları geniş prospektlərə verilməmişdi və yaramaz Şaumyanın mənfur heykəli ucaldılmamışdı. Bütün bunlar sonralar, «şiroko şaqayet Azerbaydjan» dövründə meydana gəldi.
Əksinə, Bağırov epoxasında, adı qadağan olsa da, Məhəmməd Əmin və Azərbaycan Demokratik Cümhuriyyətinin ruhu ürəklərdə yaşayırdı.
Bir sözlə, güclü, zəkalı, realist və vətənpərvər bir siyasət və dövlət xadimi olan Mir Cəfər Bağırov olmasaydı, Azərbaycan bugünki gündən də ağır vəziyyətə düşüb, ərazilərinin nəinki 20 faizi, bəlkə də 50-80 faizi düşmənlərə və qonşulara verilərdi.

(ardı var)

Реклама
Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: