Təbiət fərdlərə və növlərə biganədir

Fəlsəfi etüdlər silsiləsindən

(Əbülhəsən Abbasova)

O, əxlaq və etika müəllimi deyil, heç naziri də deyil. Amma o, yəni Təkamül həyatı bütün vasitələrlə qoruyur. Amma bütövlükdə. Onun üçün mexanizm, sistem vacibdir, detallar, hissəciklər yox.
Mexanizm və sistemlərdən fərqli olaraq canlı aləmin detalları, hissələri sıradan çıxanda sistemə, onun işləməsinə, uzunömürlülüyünə təsiri olmur.
Zəncir uzanır, onun həlqələri, bəndləri saysız, tükənməzdir. Təkcə həşəratların milyon növü var və hansı biri sıradan çıxıb yox olursa, Təkamül, Təbiət bunu heç hiss etmir də.
O, sanki kordur və buna görə daxili təkmilləşməni və prinsiplərə sadiqliyi hiss etmir.
O, mənəviyyat və acımaq nə olduğunu bilmir, zəiflərə kömək etmək onun heç ağlına gəlmir və o, qadın kimi sanki güclünü xoşlayır.
Əgər Şər ağılla iş görərsə, yüz illərlə dövran sürə bilər. Ağılla, bədxərclik etmədən, enerjisini tükəndirmədən işini görərsə, qədim Assuriya etnosu kimi 500 il də dövran sürə bilər.
Hər tərəfdə tonqallar yanır. Hardasa biri tükənib sönürsə, Təkamül köməyə gəlmir. Çünki bu, onun missiyası deyil.
O, tonqalların əbədiliyi üçün hamısına eyni dərəcədə ağıl, enerji və areal ayırır. O, sənin bunlarla necə rəftar edəcəyinə biganədir və qarışmır.
Təbii sistemlər özünü təkmilləşdirməyə qadirsə, min illərlə yaşayıb yaradacaq. Avropa və Çin kimi.
Kəpənək və ya əqrəbə özünü təkmilləşdirmək lazım deyil. Onlar bu işi milyon illər qabaq görüblər və sistem kimi çoxdan formalaşıblar.
İnsan cəmiyyətləri isə hələ yox. Elə indinin özündə əcnəbilər bizi görüb qorxurlar. 100 il sonra necə olacaq?
TƏBİƏT RİSLƏŞMƏYƏ, POZĞUNLAŞMAĞA MANE OLMUR. ONA GÖRƏ KİMƏ GÖRƏSƏ, NƏYƏ GÖRƏSƏ ALLAHI KÖMƏYƏ ÇAĞIRMAQ ƏBƏSDİR. İŞ O HƏDDƏ ÇATIB Kİ, ÖZÜMÜZ VİCDANIN NƏ OLDUĞUNU BİLMƏDİYİMİZİ ETİRAF EDİRİK.

Реклама
Categories: Qızıl fəlsəfə | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: