Mənasız kainat

Allahın bu materiya və enerji oyunu nə üçündür?

Əlimə çox maraqlı bir kitab keçib və orda kainat və həyat haqqında, kainatın və həyatın yaranışı və quruluşu haqqında bir sıra dünya alimlərinin ən son fikir və nəticələri əks olunub.
Kitabı oxuyub, doğrudan da atomdan tutmuş qalaktika və metaqalaktikalara qədər, hər yerdə hökm sürən qanunlara mat qalırsan.
Darvinizmlə dini görüşlər arasında avara qalır və hansı tərəfə üstünlük verməkdə çətinlik çəkirsən.
Doğrudan da bu qədər «vseobşiy» qanunların hökmünün pozulmazlığını görüb bütün düşüncə dayaqlarını itirirsən. Axı necə olur ki, beş milyard ildən bəri Yer kürəsi Günəşin ətrafındakı orbitasından yerini bir santimetr də o yan-bu yana dəyişmədən fırlanır?
Bəli, kainatda yalnız maddə və enerji var. Maddə enerjiyə (atomun partlayışı), enerji də maddəyə çevrilir.
İndiyə qədər yüz milyarda qədər qalaktika kəşf olunub, hər qalaktikada yüz milyardlarla ulduz var və bu ulduzların arasındakı məsafə trilyon kilometrlərə bərabərdir.
İndi görün bu qalaktika nə boydadır.
Və bütün bu yüz milyard qalaktikalar səmada kiçik bir ada kimidirlər. Və kitabda iddia olunur ki, bu qədər nəhəng sistemlər kiminsə yaradıcılığıdır və idarə olunur.
Bizcə, burada idarə olunmağa heç ehtiyac da yoxdur, çünki hər şeyi, hamını qanunlar idarə edir.
Bəs bu yaradıcı intellekt şəxsiyyətsiz, subyektsiz necə mövcud ola bilər? Şəxsiyyətdə cəmlənibsə, o da heç cür ağla sığmır.
Yaxşı, tutalım, sizin dediyiniz kimi Təkamül yoxdur, hər şeyi Allah yaradıb və qanunlar qoyub. Bu boyda intellekt mümkündürmü?
Mümkünsə, onda o, kainatdakı elementlərdən, – atomlardan, enerjidən, materiyadan və nəhayət, canlılardan tamamilə fərqli bir şeydir.
Kainatda bizim görmədiyimiz, təsəvvür etmədiyimiz və dərk edə bilməyəcəyimiz bir şeydir. Beynimizə onu dərk etmək imkanı verilməyib.
Son vaxtlar astrofiziklər müəyyən ediblər ki, Andrameda qalaktikası bizim qalaktikaya tərəf gəlir və onların haçansa toqquşması labüddür.
Sual olunur, bəs onda bu nədir?
Və ümumiyyətlə, Allahın bu materiya və enerji oyunu nə üçündür? Bütün bu cansız odlu qalaktikaların nə mənası?
Və nəhayət, bütün canlıların ən zəkalısı və yaradıcısı insan nə üçündür? Aydındır ki, insanların və ümumiyyətlə, həyatın sonuna çox da qalmayıb, yəni min və ya milyon il. Və deməli, yer üzündə həyatın və ya insanların silinib getməsindən sonra Yer kürəsi, Qobino demişkən, yenə beləcə səssiz-səmirsiz fırlanacaq, amma bizsiz. Nə olsun. Bütün bu həngamənin nə mənası vardı? Bütün bunlar, bu qədər əzablara, iztirablara dəyərdimi?
Olmazdımı, Allah elə bir Günəş və bir planet yaradaydı, nəinki bu yüz milyard qalaktikaları. Və həmin planetdəki həyata yüz milyardlarla illər mövcud olmaq imkanı verəydi. Çünki canlı aləm rəngarəng və maraqlıdır, nəinki yüz milyard cansız qalaktikalar.
Çünki bu yeganə dünyada bülbüllər oxuyur, arılar bal verir, Üzeyir bəy kimilər də dahiyanə musiqilər yaradır.

Реклама
Categories: Qızıl fəlsəfə | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: