Balaca qəfəs quşu

Heç vaxt yadımdan çıxmır ki, böyük aktyor Alen Delonun filmlərindən birində qəhrəmanın ikiotaqlı mənzilində bir qəfəs quşu yaşayır. Ev yiyəsi yalnız arabir bura baş çəkir.

Onun düşmənləri çoxdur, özü də çoxlarının düşmənidir.
Balaca quş çox vaxt bəlkə də, ac və susuz qalır.
Əlbəttə, bunlar şərtidir. Amma quş film çəkildiyini, oyun oynanıldığını axı bilmir. Və heyrətamizi odur ki, o nəinki sahibini tanıyır, balaca quş «dostluğun», xeyirxahlığın, sədaqətin nə olduğunu bilir.
Budur, filmin qəhrəmanı evdə olmayanda düşmənlərindən biri gəlib əlində pistoleti hazır tutaraq, o biri otaqda oturub gözləyir. Bilir ki, ev yiyəsi bu gün gec-tez mütləq gələcək və Alen Delon doğrudan da, gəlir. İkinci qapını səssizcə açır və elə o biri otağa keçmək istəyir ki, ay Allah, balaca quş nə oyun çıxarır. O rol oynamır, o evdəkinin nəinki yad və düşmən olduğunu, hətta onu öldürməyə hazır dayandığını bilir və buna görə qəfəsdə həyəcanla fasiləsiz civildəyib, özünü ora-bura atır.
Alen Delon ayılır və o, bir anlıq quşa baxıb onun həyəcanının səbəbini bilir və beləcə, gəldiyi qapıdan səssizcə çıxıb gedir.
Bəli, bu çəkisi 20-30, bəlkə də 50 qram olan, beyni isə 1-2 qram olan balaca canlı, balaca məxluq bu cür sahibini xilas edir və o, çıxıb gedən kimi səsini kəsib sakitləşir.
Ey 50 qramlıq kiçik məxluq, sən 100 kiloluq gövdəsi olan insanlardan nə qədər həssas, nə qədər ağıllı, nə qədər nəcibsən. Əgər sənin üçün sədaqət, xeyirxahlıq və nəciblik kimi ali prinsiplər bu qədər əsasdırsa, o boyda kainat sahibi üçün bu prinsiplər niyə bu qədər dəyərsizdir?

Advertisements
Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: