Tarixin qaranlıq illəri

Dalay Lamanın iddiasına görə, Günəş sistemi dekabrın 21-də qalaktikamızın ətrafındakı orbitasının çıxış nöqtəsinə daxil olacaq və yer üzündə 5 gün işıq, istilik, rabitə və s. olmayacaq.
Bu cəfəng müddəa (çünki 150 milyon ildən bir dəfə baş verən hadisəni heç bir Dalay Lama bilə bilməz) hətta olsa belə, ağıllı və təmkinli insanlar üçün elə bir fəlakətli hadisə deyil. Dözmək olar, axı yazıq korlar ömürləri boyu bu vəziyyətdə olurlar. Çünki bu vəziyyətin ən qorxulu cəhəti zülmətdir.
Lakin Dalay Lamaya bunu hansı bir mütəxəssis astrofizik söyləməyibsə, o, heç vaxt belə bir hadisənin olacağını bilə bilməz.
Xülasə, 2-3 gün qalıb, görəcəyik.
Lakin bu fərziyyə mənə başqa bir hadisəni xatırladır. O da bundan ibarətdir ki, hər xalqın tarixində bu cür qorxulu, ağır başlanğıc nöqtələri, – yəni həlledici dövrlər olur. Özü də həmin dövrlər 5 gün deyil, illərlə uzanır.
Mənə görə, Azərbaycan xalqı üçün, xüsusilə onun mənəviyyatına təsiri nöqteyi-nəzərindən belə bir dövr indiki zamandır.
Belə zamanlarda bəzən bütöv bir millət məhv olur və ya assimlyasiya nəticəsində tarixdən silinib gedir. Bu cür acı tale insanda təəssüf doğurur. Necə ki, Rusiyanın bir çox xalqlarının artıq etnik cəhətdən yox olub ruslaşması faktı göz qabağındadır.
Lakin qorxulu və pis daha çox orasıdır ki, həmin dövrlərdə xalq xarakterini, simasını, amal və ləyaqətini itirir. Belələrinə ən parlaq nümunə hazırda bizik. Özü də «Molla İbrahimxəlil kimyagər» pyesi sübut edir ki, biz həmin mərhələyə çoxdan düşmüşük.
Xalqımız təkcə son illərdə həmin fəlakətli dövrə qədəm basmayıb, əhvalat dediyimiz kimi çoxdan baş verib. Doğrudur, arabir günəş doğsa da (1918-20), sonra yenə zülmətə qərq olmuşuq. Doğrudur, Mir Cəfər Bağırov və sonrakı bir çox illərdə ölkəmiz tam qaranlığa qərq olmayıb və xalq bir-birini görüb, ən başlıcası isə işığa can atıb. Belə ki, həmin dövrlərdə milli məzmunlu kitabların və romanların tirajı yüz minlərə çatırdı.
İndi isə elə bir zülmətdir ki, heç kim bir-birini görmür və hamı ağlını itirib. Bunun sübutu kimi siyasi partiyaların, jurnalist ordusunun yenə canfəşanlıqla prezident və parlament seçkilərinə hazırlaşdıqlarını göstərmək olar.
Pah atonnan!!! Bu boyda da axmaqlıq olar?! 20 ildən bəri bütün bu seçkilərin necə qurtardığını görə-görə yenə canfəşanlıqla seçkilərə hazırlaşasan? Dünya tarixində bu cür idiotizm təntənəsinə rast gəlmək çətindir.
Bəli, tariximizin ən pis dövrüdür. Xalqın qaymağı olan elmi işçilər, müəllimlər və həkimlər dilənçi gününə qoyulub və nəticədə məktəblər hər il savadsız sürülər ordusu «istehsal» edir. Nəinki faydalı bir kitab yüz nüsxə ilə də satılmır, ümumiyyətlə, millətin nəyə döndüyünə tamaşa etmək dəhşətdir! DƏHŞƏT VƏ LƏZZƏTDİR Kİ, MİLYONLARLA OĞRU VƏ MƏNƏVİYYATSIZ KÜTLƏ SƏHƏR EVDƏN ÇIXIB PUL, QAZANC DALINCA CUMUR, AXŞAM EVƏ GƏLİB ŞOU-BİZNESİN ƏXLAQSIZ QADINLARININ BAYAĞI SÖZ-SÖHBƏTLƏRİNDƏN FEYZİYAB OLUB YATIRLAR.

Реклама
Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: