Bizi eyniləşdirən nədir?

Gecə saat on birdə tarak-turuk səsinə hövlnak oyandım. Gördüm ki, qonşu evin üstünə çıxıb, tikinti işi aparıb taxtalara mıx vurur. Yaxşı, sən ki, saat altıda işdən gəlirsən, iki-üç saat vaxtın var, gecə on birdən saat birə, ikiyə kimi qonşuları yatmağa qoymamaq … Bunu düşünmək və bilmək üçün böyük ağıl tələb olunmur. Hətta eşşəkdən də soruşsan, deyər ki, olmaz, çünki camaat yatıb.

Məsələ bundadır ki, mən Bakıda yaşadığım bu uzun illərdə hər yerdən bu cür adamların, bu cür eşşəklərin əlindən qaçmışam. Məsələ ondadır ki, bu xalqın təkcə bu cür adi, səviyyəsiz kütlə adamları belə olsaydı, nə vardı ki.
İş ondadır ki, professorlar, nazirlər, deputatlar, yazıçı, şair və jurnalistlər ordusunun böyük əksəriyyəti bu ağılda, yəni bu cür ağılsız, beyinsiz, sağlam düşüncədən məhrum adamlardır. Onlar yalnız bir şey bilirlər, bu iş, bu hərəkət mənə lazımdır, sərfəlidir, vəssalam. Daha bu işi indi görmək olar, olmaz, əhəmiyyəti yoxdur, hökmən görəcək. Ayıbdır, gülərlər, narahat olarlar, bütün bu şeylər heç kimin vecinə gəlmir. Sən deyəndə, yadına salanda da cavab verir ki, sənə nə var.
Sadə bir misal. Avtobus ağzına kimi doludur, düşən də yoxdur. Sürücü soruşub bunu öyrənir də, amma yenə saxlayır və əsl tamaşa başlanır. Xüsusilə arvadlar, qızlar, ümumiyyətlə, hamı dürtülüb, zorla soxulub minəcəklər. Bu xalq elə bil yer yoxdur anlayışının nə olduğunu bilmir. Bir söz deyəndə də cavab verir ki, sən getmək istəyirsən, mən yox. Deyirsən, ay xanım, axı mən minəndə yer vardı, indi isə ayaq üstü durmağa belə, qətiyyən imkan yoxdur. Deyir yox, bir az mehriban ol, mən də minim. Bu sözü də təzə tapıblar, mehriban ol. Yəni bağışlayın, bir-birinizə pərçim olun.
Ağlın, mədəniyyətin, qanacağın və nəhayət, ləyaqətin elə bil bu xalqa heç bir aidiyyatı yoxdur.
Ağlın, mədəniyyətin, qanacağın və nəhayət, ləyaqətin yoxluğu – bizi eyniləşdirən budur. Bizi yüksək amallar, həqiqət və ədalət prinsiplərinə sədaqət instinktləri və düşüncələri birləşdirmir, əksinə, bunların yoxluğudur bizi bir-birimizə oxşadan.

Реклама
Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: