Milli ideologiya

Aydındır ki, böyük və kiçik, hər xalqın milli amalı, milli ideologiyası, necə deyərlər, kredosu var. Bu, onun Konstitusiyasında əks olunur. Bəs bu, hansı amallırdır?

Azadlıq, müstəqillik, demokratiya.
Avropa və Amerika ölkələrində bu, belədir. Lakin Rusiya kimi elə ölkələr də var ki, müstəmləkə imperiyası şəklində formalaşdığı üçün adlarını çəkdiyimiz prinsiplərdən yalnız birini qəbul edib: müstəqillik.
Azadlıq və demokratiyanı isə öz imperiya iştahasına bir növ qurban verir. Çünki digər iki prinsipi qəbul etsə, aydındır ki, ucsuz-bucaqsız imperiyanı saxlaya bilməyəcək.
Əslində bu xalqın ideologiyası, məqsəd və amalı hələ I Pyotrun vəsiyyətnaməsində açıq şəkildə öz əksini tapıb. Xalqın ürəyi və istəyi çox zaman onun adlarında ifadə olunur. Rusiyada «Vladimir» adı çox populyardır. Mənası isə aydındır, vladi mir – yəni dünyaya sahib ol! Dünyanı fəth et!
İstər çar, istər sovet, istərsə də Putin Rusiyasının məqsəd və amalı budur.
Eləcə, Çin xalqının da belə bir niyyəti var.
1941-ci ildə SSRİ-nin diktatoru gürcü çəkməçinin oğlu İosif Stalin Rusiyanın bu əbədi arzu və ideyasını həyata keçirəcəkdi. Bunun üçün hər şey hazır idi, lakin alman kansleri Adolf Hitler Stalini qabaqlayıb özünü və ölkəsini qurban verərək, buna imkan vermədi. (Viktor Suvorov, «Sonuncu respublika», «M günü»)
Bütün bu məsələlər bir müddət əvvəl qəzetimizdə çox idraklı və məsləkli siyasi xadim Sərdar Cəlaloğlunun geniş müsahibəsini oxuyan zaman öz fikirlərimi müəllif və oxucularla bölüşdürmək zərurəti yaratdı.
Sərdar bəy geniş müsahibəsində bir sıra maraqlı və bəzən də mübahisəli fikirlər irəli sürür.
Belə ziddiyyətli və yumşaq desək, mübahisəli fikirlərə nümunə kimi onun Babək haqqında mülahizələrini misal göstərmək olar.
Hörmətli Sərdar bəy, Babək hərəkatının məqsəd və qayəsi olan milli azadlıq dini ideologiyadan çox-çox vacib və yüksək olduğuna görə bu hərəkat xalqın tarixində ən parlaq bir hadisədir. Din isə həm o vaxt Azərbaycana kənardangəlmə, həm də ümumiyyətlə, öz dəyərinə görə azadlıq, müstəqillik və demokratiyadan aşağıdadır. Biz belə düşünürük. Ona görə siz dediyiniz kimi «islamçı ol, amma ərəblərlə vuruş», yumşaq desək, bir az məntiqsizdir. Başqa sözlə, rus işğalçıları ilə mübarizəyə hazır ol, mübarizə apar, amma kommunist ol və kommunizmə də inan. 
Babək düz edirdi. Düşmənlə mübarizə və müharibədə ilk növbədə onun ideologiyası ilə mübarizə aparmaq lazımdır.
Qaldı ki, milli və ya kod məsələsi, sadə dildə desək milli ideologiya, burda tamamilə haşqlısız. Bu, indiki halda bizə çox lazımdır. Bəli, Cavad xanı bayraq etmək. Amma bu, azdır.
Ümumiyyətlə, milli intibah üçün nə lazımdır? Bizcə, aşağıdakılar:
1. Rusdilli məktəblər, idarə və müəssisələrdə rus dilində danışmaq, iş aparılması qadağan olunmalıdır. Əvvəlcə böyük cərimə, sonra hətta cinayət işi açılmalı.
2. Sovet rejimini və onun rəhbərlərini mədh edən bütün Azərbaycan sovet yazıçılarının həyat və yaradıcılıqları və əsərlərinin təhlili dərslikdən çıxarılmalı, heykəlləri götürülməli, adları yox edilməlidir.
3. Aydındır ki, ali və orta məktəblər üçün yeni dərsliklər yazılmalıdır.
4. Bütün dünya ölkələrində olduğu kimi azad, mübariz, əyilməz şəxsiyyətlərin yetişməsi üçün qeydiyyatdan keçməklə silah gəzdirmək azadlığına rəsmi şəkildə icazə verilməlidir.
5. Çində olduğu kimi rüşvət üstə dərhal ölüm cəzası tətbiq edilməlidir.
Bu, belə. Gələk əsas məsələyə. Bir məşhur təmsil var. Siçanlar yığışıb hər gün onları tutub yeyən pişikdən xilas olmaq üçün çarə axtarırlar. Və belə bir qərara gəlirlər ki, pişiyin boynundan zınqırov asmaq lazımdır ki, hamı onun səsini eşidib vaxtında qaçıb xilas olsun. Bütün siçanlar bu qərarı alqışlayır və bir siçan əlini qaldırıb soruşur ki, bəs zınqırovu kim pişyin boynundan asacaq?
Sərdar bəy, bütün bu mülahizələr çox yaxşıdır. Amma necə deyərlər, «halva-halva» deməklə ağız şirin olmaz və hələlik hamısı xəyalplovdur. Əvvəlcə elə bir hakimiyyət olmalıdır ki, bütün bu arzuları və zəruri milli məsələləri həyata keçirsin. Bizdə isə postkommunist rejimi hakim olduğuna görə hələlik bu danışıqlar qeyd etdiyimiz kimi faydasızdır. Ona görə ilk növbədə Azərbaycan xalqının köləlikdə də özünü xoşbəxt hiss etməsinin psixoloji əsaslarını dəyişməsinə və rejimin milli ideologiyanın daşıyıcısı olmasına nail olmaq lazımdır. Yalnız ondan sonra siz və biz deyən məsələləri ortaya atmaq olar. İndi isə bizim bu barədə danışdıqlarımız tamamilə faydasız, səmərəsiz və hətta gülməlidir.

Реклама
Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: