Azərbaycanın 16 dahi oğlu

1. Üzeyir Hacıbəyov.

2. —
3. Mirzə Fətəli Axundov.
4. Mir Cəfər Bağırov.
5. Qurban Səid (Məhəmməd Əsəd).
6. Nəriman Nərimanov.
7. Sabir.
8. Mirzə Cəlil.
9. Füzuli.
10. Babək.
11. Şah İsmayıl Xətai.
12. Nizami Gəncəvi.
13. Bəstəkar Müslüm Maqomayev.
14. Fətəli Xan Xoyski.
15. Bülbül.
16. Rəşid Behbudov.

Mən bu siyahıda ikinci yeri boş saxlamağa məcbur olub, onu sonra gələnlərdən hansı birinin layiq olduğunu müəyyən etməyi oxucuların öhdəsinə buraxıram. Çünki birinci yerlə ikinci yer çox yaxındır.

1. Üzeyir Hacıbəyov

Dünya mədəniyyəti, ədəbiyyatı, fəlsəfə, musiqi və rəngkarlığına az-çox bələd olan mənim üçün Üzeyir Hacıbəyov bütün siyahılar üzrə birincidir.
Doğrudur, onun yaratdıqları sayca cəmi 40 əsərdir, Motsart isə 600-dən artıq yaradıb. Lakin əvvələn, Üzeyir bəyin əsərlərinin istisnasız olaraq hamısı şedevrdir. Bu, şişirtmə və kor pərəstişkarlığın nəticəsi deyil, ayıq, soyuq və real qiymətdir. Motsartın əsərlərinin dahiyanə olanları ilə bərabər, çoxu darıxdırıcı və sumburdur, yəni yeknəsəkdir. Eləcə də, Bethovenin.
Amma Üzeyir bəy əlbəttə, dünyada layiq olduğu şöhrəti qazanmayıb. Çünki xalqı kiçik və ona bərabər, ona tay deyildi. Hərçənd ki, bu kiçik və prinsipsiz xalq tarix ərzində, siyahımızdan göründüyü kimi, çoxlu nəhənglər yetirib ki, dünyanın çox az milləti belə nailiyyətlə fəxr edə bilər.
Üzeyir bəy ingilis, alman, italyan, fransız və s. millətlərin övladı olsaydı, heç şübhəsiz ki, nəinki «Koroğlu» operası da «Karmen» kimi hər il dünyanın teatr səhnələrindən düşməzdi, eləcə də, saysız heykəlləri qoyular və bütün əsərlərinin diskləri buraxılardı.
Bundan başqa, Üzeyir bəy həm də əsərləri bir neçə qalın cild təşkil edən dahi publisistdir ki, bu cəhətdən də o, bütün böyük bəstəkarlardan fərqlənir.
İkinci bir cəhət odur ki, Üzeyir bəyin «Leyli və Məcnun, «Əsli və Kərəm», eləcə də bəzi başqa əsərləri sırf milli ruhda yazıldığı üçün başqa dillərdə səslənməsi çətindir.
Üçüncüsü, hazırki Azərbaycan iqtidarı onu dünyada tanıtdırmaq marağında və şüurunda deyil. Halbuki, cüzi bir xərc çəkilsə, «Koroğlu» operası London və ya Nyu-Yorkun opera teatrında səslənə bilər.
Bizim üçünsə əlbəttə, Üzeyir bəy şüursuzluğumuzu ört-basdır edən, düşmənlərimizin ağzını yumduran və otaqlarımızı daim işıqlandıran bir günəşdir.
Mənim üçünsə Üzeyir bəy nəinki həyatımın daimi peyki, fikrimin və ruhumun məşğuliyyəti, ümumiyyətlə, dünyaya gəlişimin səbəblərindən biridir.

(ardı var)

Реклама
Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: