Ölüdən də pis

Azərbaycan Milli Elmlər Akademiyasının və Bakı Dövlət Universitetinin humanitar elmlər üzrə çox hörmətli doktor, professor və akademiklərinə

Mən Sabir və Mirzə Cəlillə həmfikir olub Azərbaycan əhalisinin, xüsusilə onun dırnaqarası yüksək təbəqəsinin, yüksək vəzifəliləri, alim, yazıçı, universitet müəllimləri və Akademiya kütləsinin yalnız öz məhdud səviyyə düşüncə tərzləri və nəhayət, mənafelərindən başqa hər şeyə tamamilə inert münasibətli kütlə olduqlarını bilib milli, siyasi, mənəvi cəhətdən ölü olduqları düşüncəsində idim.
Çünki daha bundan o yanası yox idi. Bazar milçəkləri kimi yalnız çirkli şirə tanıyan bu çoxminli sürünün onlar haqqında deyilənlərə, ümumiyyətlə, mənsub olduqları etnosa aid hər cür münasibətlərə tamamilə laqeyd və biganə olması məndə bu cür qəti bir qənaət əmələ gətirmişdi.
Mən görürdüm ki, xüsusilə bu saysız-hesabsız filoloq və tarixçilər ordusu heç yerdə heç kimin əhəmiyyət vermədiyi saysız monoqrafiyalarında AZƏRBAYCANA AİD OLAN ƏDƏBİ, TARİXİ, ELMİ KLASSİKANIN BAŞQALARINA VƏ XÜSUSİLƏ İRAN ADI İLƏ FARSLARA AİD EDİLMƏSİNDƏN DAİM DÖNƏ-DÖNƏ, İNDİ DƏ ŞİKAYƏT ETMƏKLƏ ÖZ İŞLƏRİNİ, VƏZİFƏ VƏ MİLLİ BORCLARINI YERİNƏ YETİRDİKLƏRİNİ VƏ BUNUNLA DA ÇOX BÖYÜK İŞ GÖRDÜKLƏRİNİ ZƏNN EDİRLƏR.
Vəssalam. Düşüncələri, təsir və nüfuzları bundan uzağa, beyinləri bundan dərinə işləmir.
BİRCƏSİ DƏ, BİRCƏ ELMLƏR DOKTORU, PROFESSORU VƏ AKADEMİKİ DƏ ORTAYA BELƏ BİR SUAL ATMIR Kİ VƏ ÜMUMİYYƏTLƏ, ÖZ-ÖZÜNƏ VƏ YA BAŞQALARINA SUAL VERMİR Kİ, AXI NİYƏ ŞAH İSMAYIL XƏTAİNİN DİLİNƏ VƏ YAZDIQLARINA BU CÜR AÇIQ-AŞKAR GÖZ YUMUB, HEÇ YERDƏ ONU AZƏRBAYCAN HÖKMDARI ADLANDIRMIR VƏ BU CÜR TƏSDİQ ETMİRLƏR, DAİM HƏR YERDƏ İRAN, YƏNİ FARS HÖKMDARI ADLANDIRIRLAR?
Nizami, Xaqani və çoxlu sayda şirvanilər, tusilər İrana aid edilir, bunu anlamaq olar. Çünki bu mənliksiz, millətsiz və şəxsiyyətsiz şəxsiyyətlər öz dillərində heç nə yazmayıblar və heç yerdə də qeyd etməyiblər ki, biz məhz Azərbaycan türküyük.
Bu, aydındır. Necə ki, məsələn, əgər monoqrafiyaları elmi əhəmiyyət daşıyırsa, 100 il, 200 ildən sonra bu gün Bakıda rus dilində yazılan və çap olunan monoqrafiya və məqalələrin müəlliflərini heç şübhəsiz ki, rus tarixçiləri və filoloqları hesab edəcəklər. Necə ki, məsələn, Çingiz Abdullayevin 100 cildlərlə cəfəngiyyatları rus dilində yazılır və təbii ki, bu adamın Azərbaycana heç bir aidiyyatı yoxdur.
Çox qəribə və gülməlidir ki, hətta Xətainin «Divan»ı haqqında yazılan elmi işlərin də çoxu rus dilində yazılır.
BÜTÜN BUNLARA GÖRƏDİR Kİ, AVROPA ELMİ DAİRƏLƏRİNDƏ VƏ SAYSIZ UNİVERSİTETLƏRİNDƏ «AZƏRBAYCAN HUMANİTAR ELMLƏRİ», «AZƏRBAYCAN FİLOLOGİYASI VƏ TARİXŞÜNASLIĞI» ADLI TƏSƏVVÜRÜ YOXDUR. VƏ HEÇ YERDƏ BU CÜR ELMİ MƏRKƏZLƏRİN VARLIĞI NƏZƏRƏ ALINMIR, ONLARA ƏHƏMİYYƏT VERİLMİR. ONA GÖRƏ İLLƏRDƏN BƏRİ ELMLƏR AKADEMİYAMIZIN VƏ BAKI DÖVLƏT UNİVERSİTETİNİN ELMİ XƏBƏRLƏRİ VƏ ELMİ ƏSƏRLƏR TOPLULARI ÖZÜMÜZDƏN BAŞQA HEÇ KİMİ MARAQLANDIRMIR.
VƏ GÜLMƏLİ ORASIDIR Kİ, BİZİMKİLƏRİN ÖZLƏRİNİ DƏ KİMİNSƏ BİZİ ALİM SAYIB-SAYMAMASI, BİZİM ƏSƏRLƏRİMİZƏ ƏHƏMİYYƏT VERİB-VERMƏMƏSİ DƏ MARAQLANDIRMIR. AY BAŞI BATMIŞ BEYİNSİZLƏR, BƏS ONDA BU YAZDIQLARINIZ KİMİN ÜÇÜNDÜR Kİ, LOVĞA-LOVĞA RUS DİLİNDƏ DƏ YAZIB ÖZÜNÜZ-ÖZÜNÜZƏ ƏSASLANIRSINIZ?
Bəli, «NİYƏ» sualının cavabı da bax, budur. Bizim elmi əsərlərimizə, tarixi monoqrafiyalarımıza Avropa elm ocaqlarında heç bir əhəmiyyət verilməməsi ondan irəli gəlir ki, hələ də heç yerdə bizi müstəqil bir etnos, bir xalq, bir millət kimi tanımırlar. Və cənab özündənrazı akademiklər, profzırlar, bədbəxt Xətailərin heç yerdə Azərbaycan hökmdarı hesab edilməməsinin səbəbi də budur. Tək-tək kiçik istisnalar olmaqla, heç yerdə bizi müstəqil bir etnos və millət hesab etmirlər. Hətta böyük və ədalətli, obyektiv tarixçi Lev Nikolayeviç Qumilyevin də saysız monoqrafiyalarında demək olar ki, Azərbaycan tarixinə aid heç nə yoxdur. Hətta böyük tarixçinin bizim sifarişimizlə yazdığı «Xəzər ətrafında minillik» monoqrafiyasında da azərbaycanlılar xüsusi bir etnos kimi təyin olunmur. Ona görə özündənrazı və ordları şişmiş əziz akademiklər, istəyir on qat Azərbaycan Elmlər Akademiyasının akademiki olun və rus dilində, hətta ingilis dilində hər il bir monoqrafiya çap etdirin, sizin yazdıqlarınızın heç yerdə dəyəri olmayacaq. ÇÜNKİ SİZ HAVADAN ASILI QALMISIZ VƏ OLMAYAN BİR MİLLƏTƏ MƏXSUSSUNUZ. ƏN YAXŞI HALDA SİZİ RUS VƏ YA İRAN TARİXÇİSİ HESAB EDƏCƏKLƏR, O DA ƏHƏMİYYƏTSİZ MONOQRAFİYALARIN MÜƏLLİFİ KİMİ.
Hazırda Avropanın və dünyanın bütün ölkələrində azərbaycanlılıar doludur. Amma demək olar ki, 100 faizi yalnız alver və bizneslə məşğul olduqlarına görə və hər yerdə dərhal yerli mühitə uyğunlaşdıqlarına görə biz daim bu cür ünvansız və adsız kütlə olaraq qalacağıq. Çünki Almaniyada da, Fransada da, İngiltərədə də, hər yerdə bizimkilərə təəccüblə baxır və görürlər ki, bunlar doğrudan da, qara milçək və ya siçovul kimi məxluqlardır. Ancaq şirə, qida və pul axtarırlar və bunun üçün hər nəyə dözürlər.
Çox qəribədir ki, indiyə kimi Akademiyamızda bir dəfə də bir simpozium kçirilməyib ki, bəs 96 ildir Azərbaycan Respublikası mövcud ola-ola heç yanda bu adda xalqın tarixindən, mədəniyyətindən, keçmişindən bəhs edilən bir yığıncaq, simpozium çağırılmır və bu barədə nə isə yazılmır.
Çünki akademiklərimizin beyni belə məsələlər üçün çox dardır.
Bir nəfər də tədqiq edib öyrənmir ki, axı niyə Azərbaycanda 1905-ci ildə baş verən milli qırğını biz hələ də Erməni-Azərbaycan qırğını əvəzinə Erməni-Müsəlman qırğını adlandırırıq? Axı cənab profzırlar, axı müsəlman konkret xalq və millət adı deyil. Kitablarla, monoqrafiyalarla, dərsliklərlə millət şüurunu beyinlərə yeritmək olmur. 90 ildir əlləşirik, heç cür mümkün olmur ki, olmur. Çünki milli mənafe psixologiyası beynin neyronlarından formalaşır. Bizdə isə bu neyronlar yoxdur. Olsaydı, Bakı Dövlət Universitetinin və ya Elmlər Akademiyası elmi xəbərlərinin yarısı hələ də özgə dilində, düşmənin dilində yazılmazdı və bunu bizə deyəni də biz «aqressiv» və «millətçi» adlandırmazdıq. Deyərdik bəs, hörmətli Əlisa müəllim, düz deyirsiz, bizdə ruslar üçün yazılan bu rusdilli əsərlər və məqalələr Rusiyada və dünyada heç kimi maraqlandırmır və maraqlandırmayacaq da.
Amma bu cür düşünən professorumuz hələ doğulmayıb. Hamısı siçovul və tarakan sürüsü kimi eyni düşünür və hər şeydə bir-birləriylə də həmrəydirlər. Başqa cür ola bilərmi? Axı bütün bu bir neçə min Azərbaycan professorunu, elmlər doktoru və elmlər namizədini mənafe birliyi, qohumluq və yerliçilik hissləri birləşdirir. Onlar bu 3 hissdən başqa heç nə bilmirlər və səhərdən-axşama kimi Elmlər Akademiyasında, Bakı Dövlət Universitetində və başqa universitetlərdə işə gəlib, «krot» (yəni köstəbək) kimi torpağı eşə-eşə heç kimə lazım olmayan öz elmi işlərilə məşğuldurlar.
Ona görə düşünürəm ki, hörmət etdiyim Firuz Mustafayevin bəyənmədiyi yeganə dahimiz Mirzə Fətəli də, Mirzə Ələkbər Sabir də, Mirzə Cəlil də bu xalqı və onun on minlərlə «düşünən» nümayəndələrini «ölülər» adlandırmaqla səhv etmişik və yazıq ölülərin ruhunu nahaq incitmişik.
Ölü nədir ki? Yerindən tərpənmir, heç kimlə işi yoxdur, heç kimə cavab vermir, yəni artıq yoxdur. Dünən vardı, mənəm-mənəm! – deyirdi, bu gün isə həmişəlik yoxdur.
Amma biz ölüyük, öz yerində. Di gəl ki, necə ölü! Paho, bir balaca quyruğunu bas, nə deyirsən, haqlısan, ya yox, əhəmiyyəti yoxdur! Dərhal zəhərli orqanını qaldıracaq.
Bəli, bu, çox fəal və qorxunc «ölüdür». Amma düşmənləri üçün, yadlar üçün, farslar, ruslar, gürcülər və ermənilər üçün yox, sənin üçün, mənim üçün, özünkü üçün qorxuludurlar. Məni, səni, o birini zəhərləməyə, öldürməyə hazırdırlar.
Bunların adına, ünvanına heç bir söyüş, heç bir təhqir zərrə qədər də toxunmur ki, toxunmur. Təki, vəzifələrinə, ciblərinə zərər dəyməsin.
Bəli, Mirzə Cəlil haqlıdır, bu, ölüdür. Milli, mənəvi, elmi, siyasi ölüdür. Amma çox fəal, ayıq, hiyləgər, riyakar, paxıl və qorxunc ölüdür!

Реклама
Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: