General və xalq

Nəhəng bir meydanda bir neçə milyonluq xalq yığışıb mitinqə çıxmışdı. Tribunada isə polis generalı danışırdı. Yox, o, danışmırdı, bir neçə milyonluq xalqı söyür, təhqir edirdi.

Generalın bu söyüş və təhqirləri dözülməz idi, amma bir neçə milyonluq xalq qulaqlarını açıb, gözlərini ona zilləyərək tərpənmədən dözürdülər. Çünki ətrafda bir neçə yüz əliavtomatlı polis dayanıb gözləyirdi. Bir balaca işarə verilsəydi, atəş açılacaqdı.
Buna görə bir neçə milyonluq xalq da dözülməz təhqirə dözürdü. Çünki atəş açılsa, şübhəsiz ki, on-on beş nəfər ölə bilər, sonra isə general da, polislər də kütlənin təpikləri altında qalıb məhv olacaqdılar.
Buna baxmayaraq, general ağzı köpüklənə-köpüklənə söyürdü. Çünki bilirdi ki, bu, ərəb xalqı deyil, elə bir xalqdır ki, qulaqlarını sallayıb hər cür təhqirə dözəcəklər.
Niyə? Çünki əgər bilsəydilər ki, güllələr açılanda məhz Həsənə və ya Hüseynə dəyəcək, hücum edər, qarşılarına kim çıxsa, tapdayıb öldürəcəkdilər. Amma güllələrin kimə dəyəcəklərini bilmədiklərinə görə təhqirə dözür, yerlərindən tərpənmirdilər.
Beləcə aylar, illər keçir, general isə hələ də söyürdü.

Реклама
Categories: Pritçalar | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: