Deyimlər

Evdə arabir futbol komandalarımızın oyunlarına baxıram. Bizim komandaların və millimizin beynəlxalq miqyasda uğursuzluğunun və yüz neçənci yerdə olmalarının (ermənilərdən də 50 nömrə aşağıda!) səbəbini tapa bilməyənlərə şad xəbər verim.

Mən bu oyunlara baxıb, onlara şad xəbər verə bilərəm. Bizimlə Avropa komandalarının oyunlarındakı fərq ondan ibarətdir ki, onlar oyun zamanı topu özlərinkinə pas verir, bizimkilər isə rəqiblərə!
Diqqətlə baxın, özünüz görəcəksiniz, fərq yalnız bundadır.

***

Azərbaycanın indiki milli gəlirlərinin mövcudluğunda ölkədə elm və mədəniyyətin inkişafı üçün hər il ən yaxşı şeir, ən yaxşı hekayə, ən yaxşı roman, ən yaxşı esse, gənc yazıçının ilk romanı, eləcə də, ən yaxşı opera, simfoniya və mahnı üçün, ən yaxşı tarixi və müasir mövzuda kino əsəri üçün dövlət mükafatları çoxdan təsis olunmalıydı. Amma bütün bunlar yoxdur. Halbuki, bizdən qat-qat az gəlirləri olan Avropa ölkələrində bütün bunlar çoxdan var.
Dövlət şou-biznesə meydan verməklə, bütün telekanalları onların üzünə açmaqla aydındır ki, müəyyən siyasi məqsəd güdür. Lakin əgər bu cəhətdən milləti, onun mədəniyyətini zibilləyirsənsə, heç olmasa yuxarıda dediklərimizi də edib bir yandan çiçəkləndir. Qoy ahəngdarlıq yaransın.
Amma əlbəttə, bütün təkliflərimiz kimi bu da elə-belə, əhəmiyyət verilmədən qarşılanacaq. Çünki Əbülfəz Qarayev Mədəniyyət naziri ikən, ərəbzəngilər humanitar işlərə rəhbərlik edərkən başqa cür də ola bilməz.
Pribaltikada və xüsusilə Çexiyada və ya Almaniyada olduğu kimi heç bir siyasi rejim xalqın mənəviyyatını pozmağa qadir olmamalı, buna gücü çatmamalı idi. Lakin əgər bizdə olduğu kimi rejim bunu edə bilirsə, bunun necə baş verdiyini anlamaq çətindir.
Hərçənd ki, Mirzə Fətəli, Sabir və Mirzə Cəlil yaradıcılığı göstərir ki, bunun üçün hələ 100 il qabaq müəyyən zəmin var imiş.

***

Mənim və başqa bir neçəsinin varlığı (çoxu dönə-dönə döyülsələr və məhkəməyə verilsələr də) və yazıları sübut edir ki (eləcə də, Rusiyada və hətta Çin kimi despotik rejimlərdə də), xalqın demokratik ruhunu və ölkədəki həqiqət rəmzlərini heç vəchlə kökündən, yerli-dibli məhv etmək mümkün deyil.

***
Azərbaycan xalqı buğda dəni kimidir. Onun ruhu və canı yatır. Və bir balaca şərait və mühit yaxşı olarsa, bu «ölü» dən, Mir Cəfər Bağırov dövründə və keçən əsrin 88-92-ci illərində olduğu kimi, dərhal cücərib boy atır.

***

Sovet sosializminin, Lenin, Stalin və Kommunist Partiyasının, habelə, «qardaş ermənilərin» və onların «şanlı» rəhbəri Şaumyanın mədhiyyəçisi olan, rəşadətli Ağa Məhəmməd şah Qacara çirkab atan Səməd Vurğunun heykəlinin götürülüb, Qurban Səidin (Məhəmməd Əsədin) abidəsi ilə əvəz edilməsinin vaxtı çatmışdır. Sosializmi və sovet müstəmləkə rejimini lənətləyib, onun mübəlliğinin heykəlini ucaltmaq axı gülməli bir anaxronizmdir. Elə deyilmi?

***
Ey mənim səsimə və sözlərimə qulaq asmayan, əməl etməyən və heç bir reaksiya verməyənlər, eşq olsun sizə! Çünki zərrə qədər əhəmiyyət verilsəydi, deməli, bu yazılarda hardasa, onlara sərf edən elementlər var imiş.

***
Qocaldıqda insan əyilir. Deyirlər, torpaq onu çəkir. Mən isə qocaldıqca, dikəlirəm. Deməli, məni göylər çəkir.

***
Hətta bu tənqidlər üçün əsas olmayanda belə, öz ünvanına deyilənlərə dözmək siyasi hakimiyyətin əzəmətinə sübutdur.

***
İki qardaş var, biri şərə xidmət edir, biri xeyirə. Bu, necə olur? Biri xoşbəxtliyini gücə əyilməkdə, ikincisi isə sataşmaqda tapır.

***

Qış ayları ayda 100-150 manat pensiya alıb, bir o qədər qazpulu veririk. Azərbaycanda heç olmasa qazpulu ləğv edilməlidir. «Xalqın sərvəti»ni də ona satarlarmı? Özü də bu qədər baha. Və bu, Bakıda evlərin üzünü bəzəməklə əldə edilmək istənilən nəticədən qat-qat effektli olar.

***

Mən artıq böyüklərin sırasından Çingiz xan, Batı xan, Teymurləng, Sultan Səlim, Sultan Süleyman, Kortes, Pisarro, Kromvel, I Pyotr, Şah Nadir, Napoleon, Stalin, Mussolini kimilərinin adlarını pozub, yerinə Laplas, Nyuton, Plank, Rentgen, Rezerford, Freyd kimi elm, Nitşe, Şopenhauer, Kafka, Qurban Səid kimi yazıçıların, Belmando, Alen Delon, Şvartseneqqer və başqa aktyorların adlarını yazıram.
Çünki birincilərdən xarabalıqlar, ən yaxşı halda məqbərələr qalıb, ikincilərdən isə sənət və zəka kəşanələri!

***
Azərbaycan gözəl ölkədir və onun heç bir günahı yoxdur ki, sakinləri bu cür şərəfsiz, məsləksiz, hətta sadəcə milli şüursuz və vəzifə hərisləridir.
Özü də indi yox, çoxdan, lap çoxdan.
Bizdən başqa dünyada elə bir xalq yoxdur ki, hətta balaca oğul-uşağının da sünnətindən pul yığmaq vasitəsi kimi istifadə etsin.

***

Bakıda şadlıq saraylarının sayı-hesabı yoxdur. Və elə birisi də yoxdur ki, azı həftədə 2-3 dəfə «kiçik» və ya böyük toy məclisləri təşkil edilməsin. Belə çıxır ki, bu xalqın tanış-bilişlərindən pul qoparmaqdan başqa beyinlərində heç nə yoxdur.

***

İnsan daim başqaları tərəfindən bu və ya digər hərəkətinin və əməlinin təqdir olunmasını istəyir. Niyə? Şöhrətpərəstlikdən.
Məgər Lao Tsz və ya Şekspir kimi sadəcə, özünüifadə kifayət deyilmi?

Реклама
Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: