Təkamül təbiətin nəyinə lazım idi?

Niyə qədim yunanlar Olimp allahlarına dadlı yeməklər yox, yalnız nektar yedirdirdilər?

Mən insan həyatının mahiyyəti haqqında elə şeylər bilirəm ki, deməyə heç cür dilim gəlmir. Amma bəzi naqqal və başıboşlara bir faktı xatırlatmaq istəyirəm.
Hər hansı bir məhsul aydındır ki, materiyanın tərkibinə daxil deyil və yalnız Yer kürəsinin biosferasında, özü də cəmi bir neçə milyon ildir ki, əmələ gəlib. Bu, nəylə əlaqədardır, anlamaq olmur. Aydındır ki, canlı varlıqların yaşaması üçün zərurətdən başqa vasitələr də var.
Qəribədir ki, nəyəsə zərurət olanda o dərhal hansı bir vasitə iləsə əmələ gəlir. Gec-tez. Mütləq! Bu, həyatın əsas prinsiplərindən biridir. İlk canlı varlıqlar əvvəllər enerji kimi nə qəbul edirdilərsə, onun da qalığını istehsal, yəni mineral qəbul edib, mineral da idxal edirdilər və burada heç bir pis şey yox idi.
Daha sonralar bu canlı varlıqlar bir-birləri ilə qidalanmağa başladılar. Yəni zülal, yağ, şəkər və s. daha mürəkkəb maddə və mineralların birləşmələrini qəbul etməyə başladılar.
Bu tələbat haradan əmələ gəlir? Buna mahir bioloqlar cavab verə bilər. Çox güman ki, o cismən böyümək və çoxlu miqdarda artıb-çoxalmaq üçün əmələ gəldi.
Bəs bu artım, bu çoxalma, Təbiətin, Təkamülün nəyinə lazım idi? Və əslində sağlam düşüncəyə tamamilə ziddir. Cəmi bir gecəyə 150 milyon insan istehsal etmək Təbiətin nəyinə lazımdır? Bu məsələdə belə çıxır ki, Təbiət əndazəsini itirib və ya necə deyərlər, onun «başı» xarab olub.
Amma əvvəllər hər şey daha sadə və ağıllı idi. Canlılar iki hissəyə bölünüb artırdılar.
Təbiət bu sahədə öz səhvini düzəltməyi qərara aldı və güman ki, buna görə insanlara minlərlə, on minlərlə xəstəlik bağışladı.
Lakin budur, XX əsr gəldi və insanın hiyləgər beyni bu epidemiyaların törədicilərinin də demək olar ki, kökünü kəsdi. İndi xəstəliklərdən dünyada çox cüzi sayda insan ölür, artım isə hər gün milyonlarladır.
Mətləbimiz bu, deyil. Canlılar sulu qidalardan, zülallardan və əsasən də ət və yağdan istifadə edirlər. Hər gün azı 2 dəfə, hətta 3 dəfə bəlkə də, neçə milyard insan qida qəbul edir və nəticədə də indi hər gün baş verənlər baş verir.
Oxucuları nigaranda saxlamayıb soruşuruq, əslində biz nə yeyirik?
Bitkilər Günəşin enerjisini və bəzi maddələri, mineralları və elementləri qəbul edib böyüyürlər. Və hər hansı bir bitkini yandıranda ondan nə qalır? Deyəcəksiz ki, kül. Bəli, kül. O şey qalır ki, bitkinin mahiyyəti odur, ondan ibarətdir. Deməli, bitkilər və ağaclar əslində «küllə» qidalanırlar və onun son mahiyyəti də küldür və külə dönür. Bəs canlıların qidaları? Canlılar da o şeylərlə qidalanırlar ki, hər gün «otxod» olur.
Deməli, belə çıxır ki, insanlar «otxod» etdikləri şeylə qidalanırlar. Və bu şey çox pis və üfunətli və dözülməz dərəcədə üfunətli olduğu üçün Təbiət onu gözəl rənglərlə, gözəl qabıqla, gözəl dadla bürüyüb ki, insanlar onları yeyə bilsinlər və belə də olur.

 

Реклама
Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: