Rusofil

Çox hörmətli Əsməd xanım, mən sizin yüksək zövqünüzə və sağlam düşüncənizə hörmət əlaməti olaraq həmin yazını yazıb, məcmuənizin sizin adınıza və Bakı Dövlət Universitetinin adına layiqli səviyyədə çıxmasını istəyərək çap etdirdim. Amma görünür, səhv etmişəm. Sizin oxuyub, mənə zəng edib razılığınızı gözlədiyim halda, Nəşriyyata zəng vurub məcmuəni haradan əldə etdiyimi soruşub narazılığınızı bildirmisiz. Üstəlik, «Cavid» imzası ilə internetdə sizin və ya başqasının mənə müraciət çap etdirdiyini oxuyanda istər-istəməz cavab verməli oldum.

Siz və ya o «Cavid» imzalı şəxs yazmaqdan ki, bəs Əlisa müəllim, məşhur şərqşünas Bernştamın soyadını Berneqetam yazan müəllifin adından üzr istəyirik, amma məni aqressivlikdə günahlandırırsız.
Əvvələn, aqressivliyin bura nə dəxli var? Yazıdakı faktik iradlar xoşunuza gəlməyibsə, onda vallah, məni bağışlayın, daha sizin məcmuənizi bir də oxumaram. Tamamilə təhriflərlə dolu olsa belə, nə işimə.
İkincisi, millətçiliyin bura nə dəxli? Və elə sağlam millətçilik hissinin yoxluğudur ki, bu günə qalmışıq və sizin dillərini bu qədər əzizləyib öz ana dilinizə çevirdiyiniz rusların köməyi ilə gözəl ərazilərimizdə 20 ildir mənfur ermənilər kef edirlər.
Üçüncüsü, mənim Qarabağın bizim torpağımız olması barədə məqaləmin heç bir faydası olmayacaq və o məqaləni ingiliscə oxuyub, Qarabağı heç kim bizə qaytarmayacaq, cənab «Cavid» əfəndi. Necə ki, indiyə qədər yüzlərlə belə məqalələr və kitablar çıxıb ki, zərrəcən də faydası olmayıb.
Qarabağı hansı yolla geri ala biləcəyimizi də siz məndən yaxşı bilirsiz. Çünki hələ heç yerdə vətən torpağı məqalə ilə geri alınmayıb, cənab «Cavid».
Rusdilli olmağınıza gəldikdə isə buyurun, bütün məcmuəni bundan sonra rusca buraxın. Amma unutmayın ki, bununla məcmuənin elmi dəyəri 1 faiz də artmayacaq. Çünki böyük Ratsel demişkən, elmi dəyər əsərin hansı dildə yazılmasında deyil, ondakı fikir, fakt və ideyaların dəyərində, yeniliyində və orijinallığındadır.
Belə çıxır ki, sizi, redaksiya heyətini və baş redaktoru məqalələrin elmiliyi, səlisliyi, səviyyəsi və dəyəri yox, hansı dildə və xüsusilə rus dilində yazılması maraqlandırır. Çünki siz başqa yüz minlərlə millət nümayəndələrimiz kimi, hələ də ermənilərin belə, öz paytaxtlarında bircə dənə rusdilli məktəb və rusdilli fakultə və kafedralar yaratmadığı halda, RUSOFİL olaraq qalın!

Hörmətlə Əlisa Nicat

Реклама
Categories: Açıqlamalar | 1 комментарий

Навигация по записям

One thought on “Rusofil

  1. erri

    əla

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: