Qaşıqlar

Televizorda tez-tez görünən bütün hiyləgər məddahları və ikiüzlü liberalları namuslu hesab edən bəsit bir ziyalı hər gün səhərdən-axşamacan onların canına dua edib, axırda Şeytana lənət oxuyur.

Yenə bir gün öz ənənəvi mərasimini təzəcə bitirmişdi ki, başını qaldırıb qabağında buynuzlu bir məxluqun qorxunc gözlərdə dayanıb ona baxdığını gördü. Kişinin boğazı qurudu və o, güclə – bismillah, – deyə bildi.
— A kişi, – qorxunc məxluq iri girdə gözlərini daha da bərəltdi, – de görüm, işin-gücün yoxdur?
Kişi bir xeyli sonra özünə gəlib boğazını arıtlayaraq güclə dil açdı : – Necə bəyəm?
— Səhərdən-axşamacan nə istəyirsən məndən? Niyə əbləhlərə dua edib, mənə lənət oxuyursan?
Kişi qarşısındakı məxluqun Şeytanın özü olduğunu başa düşüb daha da qorxdu. Çünki hirsindən Şeytanın quyruğunun ucu hey tərpənirdi və kişi bilirdi ki, Şeytan istəsə onu hər şeyə döndərə bilər.
— A kişi, – Şeytan onun qorxduğunu görüb bir az qəzəbini azaltdı, – bura gəl, qorxma.
O, bu başabəla və bəsit ziyalının əlindən tutub, – gözlərini yum, – dedi, – özün də qorxma, sənə heç nə etməyəcəyəm.
Kişi, əli Şeytanın buz kimi soyuq əlində, gözlərini yumdu və çox keçmədi ki, Şeytanın, – hə, indi aç, – sözlərini eşitdi və gözlərini açdı. Onlar üstü olmayan köhnə bir evin ağzında dayanmışdılar. Şeytan onu qabağa itələyib dedi: – Yeri bax gör onlar nədir tökülüb ora.
Kişi xaraba evə daxil olub gördü ki, orada saysız-hesabsız qaşıqlar tökülüb.
— Hə, nədir onlar?
— Qaaaşıq, – deyə kişi kəkələdi.
— Yaxın gedib yaxşı-yaxşı bax gör o qaşıqlar kimə oxşayırlar?
Kişi qorxa-qorxa yaxınlaşıb çirkli, əzib-üzük qaşıqların birini götürdü və birdən gördü ki, doğrudan da kiməsə oxşayır.
— Hə, kimə oxşayır, – Şeytanın qəzəbli səsi gəldi.
— Məddahlar Birliyinin sədri Loşqarın Cuhudoğluna oxşayır.
— Aha, bəs biri?
Kişi yenə bir qaşığı götürüb dedi:
— Hə, bu da bizim Milli Zurnaçılar Cəmiyyətinin sədri Kələmxana oxşayır.
— Doğrudur, bəs o biri?
— Bu da Balqabaqlar Kabinetinin sədr müavini, yaltaqlıq elmləri namizədi yazıçı Enlisifət Malakanskiyə oxşayır.
Şeytan dərindən nəfəs alıb dedi:
— Hə indi gördün ki, səhərdən-axşamacan canlarına dua etdiyin adamlar nədirlər? Qaşıq! Onlar öz qaşıqları ilə kef edir, sərvət yığırlar, sən isə acından günorta durub axşamacan onların dərdini çəkirsən, ay həpənd. – Şeytan qəzəblə qışqırdı:- İndi dur get xarabana, bir də mənim adımı çəkmə.

Реклама
Categories: Pritçalar | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: