Millətçilik

Hər təzə doğulan adam təbii ki, yavaş-yavaş özünkülərlə özgələri ayırır və bu, özgələrdə özünkülərə rəğbət, özgələrə hörmət şəklində formalaşır.

Bizdə isə yenə paradoks: ÖZGƏLƏRƏ HÖRMƏT, ÖZÜNKÜLƏRƏ İSƏ ƏN YAXŞI HALDA BİGANƏ VƏ HƏR DƏQİQƏ ÜZƏ ÇIXMAĞA HAZIR OLAN NİFRƏT.
Bunu görmək üçün uzağa getmək lazım deyil, sadəcə, Bakıda marşrut avtobuslarına minmək kifayətdir.
Bizdə özgələrlə özünküləri zahirən ayırmaq da çətindir. Çünki azərbaycanlılar həm monqoldan, həm tatardan, həm ermənidən, həm kürddən, həm ləzgidən, həm avardan, həm malakandan, həm yəhudidən, həm ərəbdən, həm farsdan və sair və sairədən zahirən o qədər də seçilmirlər.
Bu, ona görədir ki, əsrlər boyu bu xalqlarla qaynayıb-qarışmışıq. Nəticədə bizdə 3-5 adam yığışsa, məlum olacaq ki, kəllə və üz etibarı ilə hərəsi bir irqə məxsusdur.
Bu, açıq-aşkar, sübuta ehtiyacı olmayan bir aksiomadır.
Bizim kimi daha bir xalq varsa, o da ruslardır.
Bununla belə, mən çoxdan sezmişəm ki, əsrlər boyu bir ərazidə yaşayıb təmasda olduqlarından və ancaq ümumiyyətlə, təqlid məhsulu olduğundan bütün bu qarışıq irqlər xasiyyət və xaraktercə də demək olar ki, eyniləşmişlər. Nəticədə xüsusən Qüzey Azərbaycanda azərbaycanlı etnosu əmələ gəlmişdir.
Amma Avropa etnoslarından fərqli olaraq bu etnosu bir-birlərinə bağlayan gözəgörünməz daxili tellər yoxdur.
Bu da aksiomadır və açıq-aşkar görünür. Çünki hətta ən yaxın dostların belə, daim bir-birlərinə paxıllıq edib, bir-birlərinə mərdiməzarlıq edib, kələk gəlməsi və yalan danışması gün kimi aşkardır. Yəni yuxarıda qeyd etdiyimiz rəğbət hissi yoxdur. Harada olub-olmamasından asılı olmayaraq azərbaycanlıların bir-birləri ilə qarşılıqlı münasibətlərində millət doğmalığı deyilən hiss nəinki yerli-dibli yoxdur, hətta hardasa bir azərbaycanlı digərini görəndə o dəqiqə qəlbində «nepriyazn» yaranır.
Bəs onda deyə bilərsiz ki, ölkəmizdə bu qədər bir yerdə iş yapılır, bu qədər həqiqi ( zahirən də olsa) dost kruqları var. Bəli, var, bütün bunlar var. Amma onları birləşdirən, bir yerdə iş gördürən konkret mənafe birliyi, bir-birlərindən asılılıqları onların qəlbində qarşılıqlı hörmət və hətta rəğbət hissləri yaradır ki, bu da vəziyyət bir balaca dəyişən kimi dərhal biganəliyə və hətta düşmənçiliyə çevrilir. Buna aid də nə qədər istəsən, misal çəkmək olar.
ONA GÖRƏ İNTERNETDƏ «CAVİD» İMZASI İLƏ MƏNƏ MÜRACİƏT EDƏN VƏ MƏNİ MİLLƏTÇİLİKDƏ İTTİHAM EDƏN ADAMI BAŞA SALMAQ İSTƏYİRƏM Kİ, MƏNDƏ 50 İLDİR MİLLƏTÇİLİK HİSSİNDƏN ƏSƏR-ƏLAMƏT YOXDUR. NECƏ Kİ, ELƏ SİZDƏ DƏ YOXDUR. AMMA FƏRQ ORASINDADIR Kİ, MƏNDƏ KİMLİYİMİZİ DƏRK ETDİYİMİZƏ GÖRƏ, SİZDƏ İSƏ SADƏCƏ, MAHİYYƏTCƏ MİLLƏTLƏR QARIŞIĞININ MƏHSULU OLDUĞUNUZA GÖRƏ. ÜSTƏLİK, HƏTTA MƏNSUB OLDUĞUNUZ MİLLƏT XARAKTER ETİBARİLƏ MÜSBƏT, XEYİRXAH, ƏDALƏTLİ OLSA BELƏ, İNSAN YALNIZ ÖZÜNƏ MƏXSUS OLAN BİR KEYFİYYƏTLƏ FƏXR EDƏ BİLƏR, MİLYONLARDAN BİRİ OLMAQLA YOX.
Millətçilik bütün etnosların təbii yaşayış, hərəkət və siyasət tərzidir. Avropa və Qərbdə, eləcə də Yaponiyada dövlət başçısı, buna imkan olsa belə, öz xalqına heç vaxt zülm etməz, onun haqqını və hüquqlarını tapdamaz, müəllim, həkim və təqaüdçüləri dilənçi gününə salmaz, cənab «Cavid»!
Biz millət və millətçi deyilik ki, bizi bu günə qoyublar. Dünyada bizdən başqa bütün xalqlar firavan, məğrur insanlar kimi yaşayırlar. Sən və mən kimi ac, yaltaq və hüquqsuz gündə deyillər, cənab «Cavid»!

Реклама
Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: