Məhəmməd Rza və xalq

Məhəmməd Rza üç min nəfərin iştirak etdiyi nəhəng bir yığıncağı açaraq, sözü SAVAK-ın rəisi Xosrov Mazandaraniyə verib dedi:

— Moxalifət rəhbərlərinin və xalqımıza düşmən olan ünsürlərin açıq və gizli niyyətləri barədə bütün məlumatların xalqa çatdırılması üçün buyurun, söz sizindir.
Birinci olaraq söz SAVAK-ın rəisi Xosrov Mazandaraniyə verildi. O, dedi:
— Moxalifət xadimləri Bəhruz İskəndəri, Səməd Azadi, Mehman Pərvizi, Fərhad Niyazi və başqaları bir neçə gün əvvəl əlahəzrət Mortəza körpüsündən keçərkən körpünün partladılması əməliyyatını arzulayırmışlar. Evlərinə yapışdırılmış cihazlar göstərir ki, onların hamısı səhərə kimi yatmayıb, əlahəzrətin körpüdən keçərkən hansı bir nadürüstünsə ona sui-qəsd edəcəyini gözləyirmişlər. Biz bu cinayətkarları vətənə xəyanət maddəsi ilə həbs etmişik.
Sonra söz Daxili İşlər vəziri Pirsuvar Peysərzadəyə verildi. O, çıxışını belə başladı:
— Sərhəng Burxan Ənzəli, sərhəng Kamran Hənəfi, general Müzəffərəddin və başqaları əstəğfürullah, əlahəzrətin xəstələnib zəlil olmasını arzulayırmışlar. Bu lənətə gəlmişlər və onların qohum-əqrabaları hamısı neçə aydır ki, Zəfərəddin qalasında çürüyür.
— Min lənət!!! – Üç min adam bir nəfər kimi bağırdı.
Söz Nazirlər Kabinəsinin sədr müavini Enlisifət Malakanskiyə verildi. O, dedi: – Həzarat, əlahəzrət mobarək taxt-tacına gəlməmişdən əvvəl ölkədə vəziyyət necə idi? Kim kimi söyürdüsə, kim kimin evini yarırdısa, dərhal öldürülürdü. İndi isə hamı xamuşdur və tam azadlıqdır. Ona görə şahənşahımızın əstəğfürullah, iflic olmasını arzu edib dövlətçiliyimizin əleyhinə gedənlərə min lənət!
— Min lənət!!! – Təkrarən alqışlar qopdu.
Söz Yazarlar Birliyinin prezidenti Loşqarın Göydənizliyə verildi. O, dedi:
— Cənablar, yer üzünün böyük, qüdrətli, möhtəşəm, əzəmətli lideri şahənşahın sayəsində əvvəllər hər il neçə-neçə tufana məruz qalan ölkəmizdə artıq bircə dəfə də olsun tufan qopurmu? Yox! Neçə ildir vətənimizdə bircə dəfə də olsun zəlzələ baş vermir. Ağzı nədir, əlahəzrət buna imkan verərmi?
Alqış səsləri uzun zaman kəsilmək bilmədi.

Реклама
Categories: Pritçalar | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: