Kəpənəyin sevgisi

Bu günlərdə həyətdə əyilib ağaclara qulluq edərkən lap qabağımda iki nadir, əlvan bəzəkli kəpənək görüşüb, bir anda sevgi oyununa başladılar. Əlimi uzadıb tutdum. Heç veclərinə deyildi, öz aləmlərində idilər. Bir az saxlayıb, yenə otlar üstə qoydum. Dayanıb tamaşa etməyə başladım. Onların bu sevgi əhvalatı heyvanlarda olduğu kimi xoşagəlməz və gülməli deyildi və qəribədir ki, bəlkə bütün canlılardan uzun çəkdi. Arada bir dəfə də tutub buraxdım. Başqa vaxtı adamı 10 metrdən yaxına buraxmayıb dərhal uçan bu ürkək varlıqlar üçün indi kainatda sanki heç nə, heç bir qorxu, təhlükə və ölüm yox idi.

10-15 beş dəqiqədən sonra beləcə aralanıb, yenə bir xeyli tərpənməz qaldılar.
Hadisənin təfərrüatına getmirik, mənası yoxdur. Amma bir şey bizə məlum oldu ki, hansı bir şeydəsə insanla kəpənək arasında tamamilə eyniyyət var. Hətta kəpənəklər bu sahədə insanlardan və ümumiyyətlə, bütün canlılardan daha ehtiraslı, daha çılğın və daha aludə imişlər və hələ heç yanda, heç bir elmi əsərdə bu hadisənin təsvirinə rast gəlməmişəm.
Ölüm qorxusundan güclü olan bir proses.
Sonra uçub getdilər. Səssiz-səmirsiz, təsadüfən rastlaşıb, heç nə və yəqin ki, hətta bir-birlərinin adını da soruşmadan ayrılıb hərəsi bir yana uçub getdi.
Lakin bizi bir şey düşündürdü, Təbiət canlıları erkək və dişilərə bölüb, sonra da bu oyunu qurub ki, növ artsın, çoxalsın. Bu, aydındır. Lakin elə-belə canlılar bu oyuna getməzmişlər. Ona görə hadisəni Təbiət bu qədər çılğın və ləzzətli edib ki, dişilər hətta onu, insanlarda olduğu kimi, aşkarda görməyə də hazırdırlar. İnsanlarda, xüsusən erkəklərdə az-çox utanma adlı bir şey var, dişilərdə isə, xüsusən bizdə bu utanmaq artıq yoxa çıxıb.
Yaxşı, bəs niyə Təbiət bu qədər səylə istəyir ki, hər hansı bir növ daim artıb-çoxalsın? Bu, onun nəyinə lazımdır? Şpenqler iddia edir ki,Təbiətdə məqsəd yoxdur. Biz isə hər yerdə olmasa da, bəzən bunun əksini görürük.
Nitşe insanlara aid məqsədi onların içində ayrı-ayrı fövqəlnüsxələrin doğulmasında görür. Bu, ağlabatandır. Bəs onda Makedoniyalı İskəndər niyə bu qədər gənc, 33 yaşında öldü? Çünki artıq öz işini, missiyasını yerinə yetirmiş, mənfur bir rejimi – Əhəməniləri, elə başqa rejimləri də məhv edib, yüzlərlə ölkə arasında sərhədləri yox etmişdi. Onun daha yaşayıb-yaşamamasının Təbiət üçün elə bir fərqi yox idi.
Bəs kəpənəklərin bu cür artıb-çoxalmasında məqsəd nədir? Axı kəpənəklərin ki, «fövqəlkəpənəyi» olmur.
Kəpənəklərin çoxluğu insanlar kimi Təbiət üçün təhlükəli deyil, hətta faydalıdır.
Kəpənəklərin tarixi insanların tarixindən çox qədimdir. Onlar yüz milyonlarla illərdir ki, eləcə, uçub güldən-gülə qonur, onları mayalandırır, özləri də artıb-çoxalırlar.
İnsanlar isə Təbiət üçün fəlakət mənbəyidir. Amma Təbiət onlara dözür, yəqin ki, həmin «fövqəlnüsxələr»in xətrinə.
Bəs bu fövqəlnüsxələr Təbiətin nəyinə lazımdır? Onların zəkasının hara kimi işləməsinə tamaşa etmək üçünmü?
Bunu dərk etmək olmur.

Реклама
Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: