İki hadisə ətrafında düşüncələr

Birinci hadisə jurnallarımızın birində gördüyüm bir şəkil barəsindədir. Kiçik, özü gözəl, xalqı dılğır bir ölkə başçısının qəbul otağı, ikincisi isə Tibetin dini lideri Dalay Lamanın bu ilin dekabrın 21-də 4-5 gün ərzində Günəş sisitemində baş verəcək dəhşətli fəlakətlə əlaqədardır.

İkinci hadisəni elmi dairələr həm inkar edir, həm də bu barədə nədənsə geniş açıqlama vermirlər. Dövlətlər də heç bir təkzib verməyərək, öz adi gündəlik işləriylə məşğul olaraq ikibaşlı təsir bağışlayırlar. Həm Dalay Lamanın xəbərdarlığının qeyri-reallığına işarə kimi, həm də hadisə baş verərsə, – biz nə bilək, – deyib altından çıxmaq niyyəti kimi.
Bir tərəfdən, doğrudan da hansı bir dünyəvi və din xadiminsə bu cür qəliz astronomik hadisəni qabaqcadan bilməsi şübhə və təəccüb doğurur. Axı o, astrofizik deyil. Əgər hansı bir peşəkar fizik ona bu barədə xəbər veribsə, o başqa məsələ. Və ya Allah yanında bu qədər hörmət sahibidirsə, bəs niyə ölkəsini – Tibeti və Tibet xalqını Çinin əsarət və köləliyindən azad edə bilmir?
Nə isə, əgər onun xəbəri elmi əsaslara söykənirsə və güman edək ki, belədir, onda müəyyən tədbirlər görüb bu 4-5 gündən çıxmaq olar. Axı yazıq korlar on illərlə zülmət içində yaşamırlarmı? Hətta arvad-uşaq sahibi də olurlar.
Ancaq ümid edək ki, indiyə qədər verilən bu cür xəbərdarlıqlar əsassız olduğu kimi, bu dəfə də belə olacaq və gözəl planetimiz və günəşimiz heç bir fəlakətə rast gəlmədən öz yolları ilə gedəcəklər.
Birinci hadisə isə dünya üçün tamamilə əhəmiyyətsiz, amma qeyd etdiyimiz kimi, kiçik bir ölkədə insan adlanan məxluqların necə iddialı, necə kütbeyin, necə qorxaq və necə cılız olmalarını bir daha parlaq şəkildə təsdiq edir. Bu qədər efemer olub, amma özünü Allah hesab edəsən?!

Реклама
Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: