Böyük istedadın göstəricisi

Yazıçı və şair əgər həqiqi istedad sahibidirsə, siyasi hakimiyyətə məddahlıq edə bilməz, yəni paneqerik ola bilməz. Ona görə 70 illik sovet dövrünün, tək-tək istisnalardan başqa, bütün «klassikləri» ədəbiyyat tarixində yalnız və yalnız elə məddah kimi də xatırlana bilərlər.

Bütün Avropa ədəbiyyatı klassikləri necə olub? Hamletin «bu gün namuslu olmaq yüz min adamdan seçilmək deməkdir» sözləri yadınızdadırmı? Hamletin ölkəsində siyasi hakimiyyətin nisbətən ədalətli olması belə, Şekspirə əsas vermirdi ki, krallara bizimkilər kimi poemalar həsr etsinlər. Böyük istedad, necəliyindən asılı olmayaraq, daim müxalifətdə olmalı, əgər müxalifət bizdə olduğu kimi «üzdəniraqdırsa», ona qarşı da müxalifətdə olmaq lazımdır.
Ona görə ki, tam demokratik rejim belə, öz zorakı hakimiyyət təbiətini gizlədə bilməz və vaxtaşırı bunu göstərəcəkdir.
Böyük Amerika müğənnisi Din Rid antiAmerikan hisslərini ifadə edərkən ABŞ-dan min dəfə antidemokratik quruluş olan Sovetlər İttifaqına aşiq olmasaydı, bəlkə də yaşayardı.
Əgər öz ölkəndə hakimiyyətin müəyyən riyakarlığını görürsənsə, onda Bayron kimi mütləq azadlığı tərənnüm etməlisən, daha öz ölkənin düşmənini yox. Özü də SSRİ kimi dünyaya şər səpən bir ölkəni.
Böyük istedad hətta Sezarı və onun partiyasını belə, mədh etməməlidir və tənqid etmək istəyirsə, bunu da üstüörtülü və rəmzlərlə etməlidir.
Böyük istedad ehtiyatlı, amma satılmaz olmalıdır.

Şöhrətimiz, qüdrətimiz partiya,
Şanlı, böyük, doğma, əziz partiya.

Və ya

Bəşərin vicdanı, zehni, ürəyi partiyamızdır

deyən şairlər bizdə hələ də layiqli qiymətlərini almayıb və heykəlləri meydanlarımızı bəzəyirsə bu, nə qədər dılğır və sağlam düşüncədən məhrum olduğumuzun göstəricisidir.
Həyatın öz qanunları və gedişi var. Bu qanunlar çox vaxt siyasi qanunlarla həmahəng olmur. Dövlətlərin təbiəti ilə həyatın təbiəti üst-üstə düşə bilməz. Ona görə əsl istedad sahibi, əgər açıq etiraz mümkün deyilsə, ezop üsulunun canı sağ olsun.
Lakin çox təəssüf ki, sənətkarların demək olar ki, çox az, bəlkə də tək nəfərləri özünəməxsus Kafka olmaq qüdrətinə malik olur və özü kəşf etdiyi rəmz və pritçalarla dövrlərinin güzgüsünə çevrilirlər.
Ona görə nəinki hər ölkədə, hətta Şərqdə nəhənglikdə bir Kafka ola bilər ki, bütün Şərqin, ən azı Yaxın və Orta Şərqin min illik pozulmaz siyasi ənənələrini ümumiləşdirərək, ifşa etmək qüdrətində olsun.

Реклама
Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: