Bədbəxt Çöhrəqanlı

Qəzetimizdə böyük Çöhrəqanlının İstanbul aeroportundan qovulub Türkiyədən xaric edildiyini oxuyanda bir xeyli özümə gəlmədim. Amma bu hadisənin nizami cəfərovların və başqa dırnaqarası türkçülərin və millilərin, ümumiyyətlə ölkədə heç kimin tükünü də tərpətmədiyini görəndə fikirləşdim ki, doğrudan da ölkəmiz ölülər ölkəsi imiş. Dahi Sabir və Mirzə Cəlil bunu hələ 100 il qabaq görüblər.

2 milyon avtomobilin sükanı arxasında oturub, ora-bura tələsən boynuyoğun, qarnıyekə və ağızları siqaretli aqressiv ölülər!
Mən hər gün buna bir daha əmin oluram. Bu adamların heç biri, bütün yuxarıdakılar və aşağıdakılar üçün heç bir vətən, heç bir millət duyğusu yoxdur. Ölünün nə hissi!
Ölü millət! Hər gün NTV-də reklam rolikində bunların üzünə tüpürürlər və ürək döyüntüsü ilə gözləyirlər ki, ayə, birdən biri dəli olub gəlib redaksiyamızı partladar.
Ay-hay…
Amma heç kimdən heç bir tərpəniş yoxdur. Ölü də tərpənərmi?
Nəhayət, budur, Türkiyədə baş verən bu təhqiramiz hərəkət.
Böyük Çöhrəqanlı, həmin anlarda mən sənin nə acı qəmlər yediyini təsəvvür edirəm. Amma, ay bədbəxt, sən də bizim kimi sadəlövh adamsan. Və kimə, nəyə, Türkiyə hökumətinin türk təəssübkeşliyinə inanırdın? Sən bunların «Azərbaycanla Türkiyə iki dövlət, bir millətdir» riyakar sözlərinə inanıb Türkiyədə simpoziumda iştirak etməyə gəlirdin, amma ayətollaların yanbızını öpən Ərdoğan hökumətinin kim olduğunu bilmirdin.
Yaxşı, bəs Çöhrəqanlının 40 milyonluq xalqı harda batıb? Dedik axı, xalq yoxdur. Axı dünyada biz adda xalqı heç kim tanımır, tanıyanlar da millət hesab etmir. Bir halda ki, Bakının əksər elitası hələ də rusun yanbızını öpüb, uşaqlarını rusdilli orta və ali məktəblərdə oxudurlar, belə bir xalqdan sən nə gözləyirsən? Ay bədbəxt, məgər sən bunları bilmirsən?
Sən gör kimlər üçün azadlıq və müstəqillik carçısı olmusan. A kişi, milyonlarla eşşək sürüsü nə bilir azadlıq və müstəqillik nədir. Onların başına torba keçir və arpa ilə doldur, qoy səhərdən-axşama kimi gəvələsinlər.
Və nəhayət, Türkiyənin məhz Türkiyə üçün böyük oğlu Atatürk haqqında acı bir həqiqət. Orta və Yaxın Şərq ölkələri tarixi üzrə görkəmli rus şərqşünası Anatoli Filippoviç Millerin «Sovromennaya Turçiya» kitabını oxuyun. Onda biləcəksiniz ki, Atatürk keçən əsrin 20-ci illərində Rusiyadan, yəni dostu Lenindən Azərbaycanı satmaq əvəzinə neçə ton qızıl alıb.
Bəli, Türk-osmanlı xalqı bizim qardaşlarımızdır, Türkiyə dövləti isə bizi hər gün satmağa hazır olan və dönə-dönə satan bir dövlətdir ki, ermənilərin … öpməkdən ağızları yara olub.
Ona görə, Böyük Çöhrəqanlı, ey bədbəxt insan, nə qədər ki, gec deyil, özünə bir çıxış yolu tap!

Реклама
Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: