Ağıl və iradə

Qədim yunanlar ağlı – NUS adlandırır və filosof Anaksaqor Allahı təmiz ağlın timsalı hesab edirdi.
Doğrudan da, ağıl nədir? Mövcudolma tərzimi? Yəni bütün canlı və bitkilərin yaşamaq, mövcud olmaq üçün istifadə etdikləri silah və ya vasitəmi? Lakin eyni zamanda ağıl başqa şeylər üçün də istifadə vasitəsi olan daha universal bir şeydir.
Ağıl… Bəs təmiz halda, beyin olmadan öz-özünə ağıl mövcud ola bilərmi? Axı onun tərkib hissəsi olan hiss öz-özünə necə mövcud ola bilər? Hiss üçün mütləq materiya adlandırdığımız şey lazım deyilmi?
Ağlın tərkibi yoxmu? Yoxsa, o özü tərkibdir? Yaxud prosesdirmi? Axı beyin şəklində elektrik vasitəsi ilə sürətlə, saniyənin mində bir hissəsində gedən bir prosesdir ki, bu zaman insan və ya hər hansı canlı fasiləsiz olaraq neyləyəcəyini, hansı işləri görəcəyini və nə deyəcəyini müəyyən edir.
Bəs onda təmiz halda ağıl nə üçündür?
Əgər alimlərin sübut etdiyi kimi suyun da ağlı varsa, onda belə çıxır ki, ağıl qeyri-neyronlar şəklində də mövcud ola bilər və o özünü insan beynində olduğu kimi enerji prosesi kimi də ifadə edə bilər.
Onda belə çıxır ki, ağıl sadəcə olaraq enerjidir və ya enerji axını olan bir prosesdir. Suyun, yəni iki hissə hidrogen və bir hissə oksigenin birləşməsinin ağlı varsa, onda nəinki hər yarpağın, buludun, hətta daşın və torpağın da ağlı var, yəni ola bilər. Axı onlar da su kimi, daş kimi müəyyən elementlərdən ibarətdir.
Lakin canlılar axı təkcə ağıldan ibarət deyil, həm də iradə var.
Su axır. Bu, onun fiziki halıdır, yəni üzüaşağıdırsa (hətta üzüyuxarı axan çaylar da var), deməli, onun iradəsi yoxdur. Eləcə də, buludların və ya daşın, hətta qumun da. Daş da, qum da, başqa bir qüvvənin – küləyin vasitəsi ilə hərəkət edir.
Bəzi atomşünas fiziklər iddia edir ki, kainatda hər şeyin əsası, ən kiçik kərpici olan elementar hissəciklərin də ağlı var.
Onda belə çıxır ki, bütün elementlərin cəmi, toplusu olan kainatın, varlığın özü də bu cür ağıldan ibarətdir. Və hər yerdə saysız odlu kürələr, ulduz və günəşlər yanmaqla bizim soyuq Yer kimi planetlər də, onların ətrafında fırlanmaqla «yaşayırlar». Deməli, bu da bir növ həyatdır, mahiyyətində ağıl olan məqsədəyönümlü bir prosesdir, amma əlbəttə, iradəsiz.
Amma doğrudanmı iradəsiz?

İradə

Alman filosofu A.Şopenhauerin dahiyanə şah əsəri «Dünya iradə və təsəvvür kimi» adlanır. İlk baxışdan belə görünür ki, insandan, yəni canlılardan fərqli olaraq böyük varlıqların, planet, ulduz və qalaktikaların iradəsi yoxdur və onlar ümumdünya cazibəsi adlı hansısa bir fiziki qanuna tabe olaraq fırlana-fırlana qaçırlar. Beləliklə, kainat, boşluq, fəza genişlənir. Və bu genişlik nədir? Heç nə. Boşluq. Onda belə çıxır ki, boşluq ucsuz-bucaqsızdır ki, qalaktikalar orada hey hərəkət edirlər. Kiminsə və ya hansı bir fiziki qanunsa
hökmü ilə.
Bəs canlıların iradəsi? Bütün canlıların iradəsi nəyə xidmət edir? Özünə qida axtarışına.
Qida nədir? Enerji. Canlılar bu enerjini niyə axtarır? Mövcud olub, özünəbənzərlər istehsal etmək üçün. Onda belə çıxır ki, canlıların da «cansızlar» kimi heç bir iradəsi yoxdur. Sadəcə, bir formada enerji alıb, onu öz formalarında yenidən istehsal edirlər.
Məsələn, Həsən enerji qəbul edib, öz dişisi vasitəsi ilə yeni «həsənlər» və «həsənələr» istehsal edib, missiyalarını başa vururlar.
Deməli, iradə deyilən şey yoxdur. Doğrudur, «həsənlər» istehsal etməyən həsənlər də var, ancaq fərqi yoxdur.
Deməli, insanlar da heyvanlar, həşəratlar, balıqlar, quşlar kimi ümumdünya prosesinin hökmü ilə hərəkət edir. Lakin onun tskl – hərəkət prosesi başqa canlılar kimi çox qısa olub enerjisini digər obyektə ötürməklə başa çatır.
LAKİN DÜNYA, YƏNİ HƏYAT TƏHLÜKƏLƏRLƏ DOLUDUR. ONA GÖRƏ İNSAN ORQANİZMİ BU TƏHLÜKƏLƏRDƏN QORUNMAQ ÜÇÜN ÖZÜNƏ DAHA BÖYÜK AĞIL, YƏNİ ENERJİ İSTEHSAL EDƏN DAHA BİR MƏRKƏZ – BEYİN YARADIR.
DEMƏLİ, KAİNATDA YALNIZ ENERJİ VAR, O DA MÜƏYYƏN VAXTA QƏDƏR. SONRA NECƏ Kİ, PARTLAYIŞLA YOXDAN VƏ YA NƏDƏNSƏ KİÇİK BİR ELEKTRONDAN ƏMƏLƏ GƏLİB, ELƏCƏ DƏ YOXA, YƏNİ HƏMİN KİÇİK ELEKTRONA ÇEVRİLİR.
BU PROSES BİRDƏFƏLİKDİRMİ VƏ YA DÖNƏ-DÖNƏ TƏKRAR OLUNUR, BUNU MÜASİR ELM HƏLƏ Kİ, HEÇ VƏCHLƏ MÜƏYYƏN EDƏ BİLMİR.

Реклама
Categories: Qızıl fəlsəfə | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: