Quşbeyinlər

Aydındır ki, qadınların içində də ağıllı, dərrakəli və hətta mühakimələrində məntiq olan nüsxələr var. Belələrinin neçəsini tanıyıram.

Aleksandr Dümanın “Qraf Monte Kristo” romanında Mariya Mediçi yadınızdadırmı? Oğlu kral  XIII  Lyudovik taxt-taca iddiası olan qardaşının Parisə hücum edə biləcəyi ehtimalından qorxaraq anasına dediyi – bizim onların içində adamımız olsaydı, neyləmək istədiklərini bilərdik, – sözlərinə Mariya Mediçi belə demişdir:

— Var elə bir adam.

— Kimdir, – deyə kral heyrətlə soruşanda anası deyir:

— Məntiq!

Bəli, yalnız fəvqəlağıllı bir qadın bu cür dərin düşünə bilərdi.

Aydındır ki, belə qadınlar çoxsaylı kişilərdən belə, qat-qat yüksəklərdə olurlar və hətta bir çox çətin situasiyalarda ərlərinin köməkçisi və məsləhətçisi olurlar.

Lakin ümumilikdə qadın fərd və şəxsiyyət ola bilmir. Çünki dəhşətli dərəcədə hamısı eyni cür düşünən və təqlid köləsi olan məxluqlardır. Bunun da dərin fizioloji səbəbləri var. Təbiət onları ilk növbədə tovuzquşu kimi cilvələnib erkəkləri cəlb etmək və ən əsası heç bir idrak tələb etməyən doğduqları körpələri qorumaq və böyütmək üçün nəzərdə tutub.

XX əsrin əvvəllərində alman professoru və dahisi doktor P.Mobiosun “Qadınların fizioloji ağıldankəmliyi” adlı nəhəng fundamental bir elmi əsəri çap olunub. Bu əsər uzun illərin tədqiqatları əsasında yazılıb, qadın və qızların beyninin, ağlının, düşüncə və hərəkətlərinin tədqiqi nəticəsində meydana çıxmışdır və bir sensasiya kimi o dövrün bütün qabaqcıl ölkələrində çap olunmuşdur və heç kimin də ağlına gəlməmişdi ki, doktora nədə isə etiraz etsin. Çünki bu etiraza əsas yox idi. Doktor özü gözəl ailə başçısı idi, sevdiyi qadın və qızları vardı. Lakin elm, həqiqət, qoca Aristotel demişkən, bütün hisslərdən yüksəkdədir.

Bakıda minlərlə, hətta on minlərlə analar hələ də uşaqlarını artıq heç kimə lazım olmayan və heç yerdə tələb olmayan rusdilli məktəblərə aparıb, bu məktəblərin ləğv edilməsinə imkan vermirlər. Elə təkcə bunun özü bu cinsin nə qədər ağıldankəm, düşüncəsiz, məntiqsiz bir məxluq olduqlarını sübut edir. Bu qadınlar, bu sərçəbeyinlilər hələ də elə bilirlər ki, rus dilində danışmaq böyük bir prestij və üstünlükdür. Halbuki, artıq çoxdan vaxtı ötmüş bir ənənəni yenidən hələ də davam etdirmək, Bəxtiyar Vahabzadə demişkən, qadın idiotizminə bir daha sübutdur. Halbuki, bir balaca şüurları, milli düşüncələri və milli hikkələri olsaydı, onlar rusların həm keçmişdə, həm də 90-cı illərin əvvəllərində bizim başımıza açdığı fəlakətlərə görə bu millətə və onun dilinə nifrət etməli olaydılar və Bakıda da Pribaltika respublikalarında olduğu kimi bir dənə də rusdilli məktəb olmamalıydı. Amma Mobiosun sübut etdiyi kimi, axı sərçədən də, toyuqdan da axmaq olan məxluqlar başqa cür hərəkət edə bilərdilərmi?

Hazırda rus dili nə respublikamızda, nə də beynəlxalq miqyasda heç bir status və əhəmiyyət daşımır.

Dil bilməyin heç kim əleyhinə deyil. Rus dilini bilmək istəyən, rusca oxumaq istəyən onsuz da onu öyrənəcək. Şəxsən biz rus dilində təhsil almamışıq və sovet dövründə əsgərlikdə də olmamışıq. Amma özümüz bu dili öyrənib, indi birbaşa kompyuterə tərcümə diktə edirik. Amma Bakıda bəlkə də, yüz minlərlə zadəgan və yarımzadəgan arvadlar yenə də öz quşbeyin uşaqlarına rusdilli dərsliklər alır, onların  rusdilli məktəblərdə oxumaları ilə fəxr edirlər.

Neyləmək olar? Və bu rüsvayçılıq nə vaxta qədər davam edəcək?Yəqin ki, hansı bir zəkalı prezidentin bu məktəblərin ləğv edilməsi haqqında qərarına qədər. Axı bir ölkədə, bir respublikada ayrı bir ölkənin, ayrı bir respublikanın dilində onlarla orta və ali məktəbin mövcudluğu gülünc və hətta biabırçılıqdır.

Реклама
Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: