Günümüz-güzarımız

Dadlı plov bişirən

Köhnə qazançamız yox.

Qələmimdən savayı

Özgə qazancımız yox.

 

Onun da bir xeylisi

Dava-dərmana gedir.

Ora, bura, rayona

Ya da İrana gedir.

 

Yüz nüsxədən artığa

Heç cür pulum çatmayır.

Amma ilham sağ olsun,

Gecə-gündüz yatmayır.

 

Daim yazır, yaradır,

Qoymayır bekar qalım.

Kimə isə yalvarım,

Kimdən isə borc alım.

 

Neyləməli, missiyam

Əsiridir tabunun.

Başqa gəlir yoluna

İlham vermir babuin.

 

Ərəbzəngi kəsibdir,

Qoymur haqqımı alam.

Qohumlarım da yoxdur,

Nə bibim var, nə xalam.

 

Əşşi, Ərəbzəngi də

Heç zavala gələrmi?

Bəxt günəşi haçansa

Üzümüzə gülərmi?

Heç cür inanmaq olmur,

Bu ümidlər nağıldır.

Arxamız, köməyimiz

Qələm ilə ağıldır.

 

Min dollarım olsaydı,

“Ehram”ı çap edərdim.

Hələ “Artakserks”də

İşıq üzü görərdi.

 

Amma yoxdur, neyləyim,

Qismətimiz belədir.

Axı xalq da xalq deyil,

Nəfsi ac bir kölədir.

 

Beləcə, üzə-üzə

Gedirik dan yerinə.

Gah olur üzə çıxır,

Gah batırıq dərinə.

 

 31.10.2012

Реклама
Categories: Şeirlər | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: