Əlçatmazlar

“Fəlsəfi məktublar”ının birində böyük Volter yazır: “Bu yaxınlarda görkəmli kampaniyaların birində köhnə, çeynənmiş bir sual ortaya qoyuldu: Böyük insanların hansı biri – Sezarmı, Makedoniyalı İskəndərmi, Teymurləngmi və ya Kromvelmi daha böyükdür? Mübahisə iştirakçılarından biri dedi ki, şübhəsiz ki, ən böyük insan İsaak Nyutondur. Bunu deyən haqlı idi. Çünki əgər əsl böyüklük göylərdən qüdrətli istedad alıb, onu öz təhsilinə və başqalarının mariflənməsinə həsr etməkdirsə, onda Nyuton kimi bir insana heç on əsrdə bir dəfə də rast gəlmək olmur. Belələri həqiqətən böyükdür. Bütün əsrlərdə mövcud olan bu siyasətçilər və fatehlər isə əslində məşhur canidən başqa heç nə deyillər. Biz zorakılıq yolu ilə qul səltənəti yaradanları deyil, kainatı zibilləndirənləri yox, dərk edənləri və gücləri həqiqətlərində olan şəxsiyyətləri böyük sayıb qiymətləndiririk.”

Bəli, çox mənalı, geniş təhlilə imkan verən dərin mülahizələrdir. Əvvələn, qeyd edək ki, siyasətçi və fatehlər içində də nisbətən xeyir toxumları səpənlər olub. Elə Volterin özünün adlarını çəkdiyi siyasətçilər belələrindəndir. Axı Makedoniyalı İskəndər azadlıq, ədalət və firavanlıq səltənətlərini deyil, Əhəməni imperiyası kimi ucsuz-bucaqsız zülm və rəzalət ocağını dağıtmış və Aristotel tək bir zəka heykəlinə himayədarlıq etmişdir.

Sezar da çox vaxt onun kimi.

Deməli, fatehlər və siyasətçilər içində də əməlləri ilə xeyirə qulluq edənlər az olmayıb. O başqa məsələ ki, əlbəttə, İsaak Nyuton bəlkə də, birincilər içində birincilərdəndir.

Amma tarix doğrudan da, xüsusən Şərqdə dünyanı bir-birlərinə vuran nəhəng iradəli canilər və yaramazlarla doludur. Və acı olsa da, etiraf etməliyik ki, belələrinə təriflər yazanlardan biri də biz olmuşuq. Çingiz xan, Teymurləng, türk sultanları öz zorakı hakimiyyətləri ilə dünyaya nə verdilər? Mən hələ Əhəməni və Sasani imperiyaları kimi mənfur səltənətləri demirəm.

Heç nə vermədilər. Axı sultan Səlim və ya sultan Süleymanın ətrafında hansı zəka məşəli şölələnirdi?

İngilis imperiyası yenə Cənubi Afrikada, Hindistanda maarif və abadlıq səltənətləri qurdu. Bəs IV İvan, II Yekaterina və ya I Pyotr dövründə nə yarandı? Heç nə.

Bu mənada əlbəttə, böyük Volter haqlıdır. İstər böyük olsun, istər kiçik dövlət, fərqi yoxdur, hakimiyyətə gələn və zorla gələnlər sonralar mənəvi cəhənnəm səltənətindən başqa heç nə qoymurlar.

Şah Nadir (yəni Nadir şah) dahi sərkərdə idi, buna şübhə yoxdur. Amma səltənətinin nə xeyri oldu və kimə xeyri oldu? Mənfur farslara.

Ona görə biz həmişə Azərbaycan, ümumtürk və hətta ümumdünya üçün də böyüklüyə görə birinciliyi heç kimə yox, məhz Üzeyir bəy Hacıbəyova vermişik ki, öz xalqını şöhrətləndirən və dəyərləndirən təkrarsız sənət inciləri yaratdı.

Şah İsmayılın Amudəryaya qədər əraziləri və ya Bağdadı fəth etməsinin bizə heç bir faydası olmadı. Amma nə yaxşı ki, öz doğma ata-ana dilində yaratdığı “Divan” qaldı.

Rəhbər ətrafına kimləri yığır, kimləri mükafatlandırır, onun dəyəri onunla ölçülür. Yaltaqları, məddahları, tiranı günəşə bənzədənləri yox, əsl sənətkarları qiymətləndirməlidir. Amma bu, şanlı Mir Cəfərdən başqa bizim rəhbərlərdə heç zaman olmayıb və indi də yoxdur.

Реклама
Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: