Sindibadın 27-ci səyahəti

Artıq ikinci dəfə yolu bu ölkəyə düşən məşhur səyyah Sindibad burada baş verən ağlasığmaz hadisələri, hər gün kimlərinsə öldürülməsini, sui-qəsd, çevriliş bəhanəsi ilə adamların həbsxanalara doldurulmasını, bütün gəlirli vəzifələrin əlahəzrətin qohum-əqraba və yerlilərinə tapşırılmasını, ölkənin tükənməz yeraltı və yerüstü sərvətlərinin daşınıb aparılmasını bilirdi. Amma bir neçə ildən sonra yenə bu ölkəyə qədəm basanda hər şeyin əvvəlki kimi davam etdiyini görüb mat-məəttəl qaldı. Ona məəttəl qalmışdı ki, bu rejimin parlamenti vardı, müstəqil qəzetlər nəşr olunurdu, seçkilər keçirilirdi, amma zərrəcə demokratiya yox idi, hər yerdə prokurorluq, ədliyyə və hakimlər vardı, amma zərrəcə qanun və ədalət yox idi, Konstitusiya vardı, amma hansı vəzifəli nə istəsə edirdi, gömrük vardı, amma sərvətlər gecə-gündüz sənədsiz-zadsız daşınırdı, banklar vardı, amma yüz milyonlarla dollarlar xarici banklara daşınır və evlərdə yatırdı, ordu vardı, amma ölkənin az qala yarısı əhəmənilərin işğalı altında idi, polis vardı, amma Məhəmməd Rzanın əleyhinə danışanlardan başqa heç kimə güldən ağır söz deyən yox idi.

Nəhayət, köhnə və etibarlı dostlarından biri rejimin mahiyyətini Sindibad üçün açıb belə izah elədi:

— Əzizim, bu ölkənin bütün yeraltı, sualtı, yerüstü sərvətləri Məhəmməd Rzanın oğlanlarının, qızlarının, bacı və qardaşlarının şəxsi sərvətidir. Ölkənin bütün əhalisi, uşaqdan-böyüyə, fəhlədən, sıravi əsgərdən alimə və generalına kimi hamı onun şəxsi nökərləridir. Bütün ölkə Məhəmməd Rzanın şəxsi malıdır və istəsə, nəinki bütöv rayonları və şəhərləri, hətta bütöv-bütöv vilayətləri kiməsə sata və ya bağışlaya bilər. Yaxud, bütün əhalini acından qırdıra bilər. Sadəcə, top və raket atəşlərilə məhv edə bilər, yüz minlərlə adamı sürgün edə bilər, amma Məhəmməd Rza əlahəzrətləri gör necə humanist və rəhmli bir rəhbərdir ki, xalqı aclıqdan başqa heç nəyə məhkum etmir.

Nahar

Şah zəngi basıb, yavər daxil oldu.

— Aşbazı çağır.

Aşbaz Yədullahi içəri girib qapı ağzında dayandı.

— Yaxın gəl. Bu gün nə hazırlamaq istəyirsən?

— Əlahəzrət nə əmr eləsə.

— Sən nə məsləhət bilirsən?

— Yay gəlir, ona görə əlahəzrət yüngül və yumşaq təamlar yesə məsləhətdir. Məsəla, mayəntac.

— Xub, bəs tərkibi necə olacaq?

— Tiran cənabları sağ olsun, 200 qram riya, 150 qram məkr, 150 qram həyasızlıq, 300 qram yalan, 150 qram kin, 200 qram zülm, 200 qram rəhmsizlik məncə, kifayətdir.

Реклама
Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: