Səbr

Deyirlər, Səbr Allahın adıdır. Hər nəsə, qoca Sabir demişkən,

Hansı müşküldür ki, səbrlə asan olmasın.

Kimin ağlına gələrdi ki, milyonlarla tankı, topu, təyyarəsi, ordusu və nəhayət, iy bilən KQB casusları olan qırmızı imperiya bir anda yerlə-yeksan olacaq və müti Azərbaycan da müstəqil dövlət olacaq.
Sovet dövründə bunu məndən başqa arzulayan demək olar ki, yox idi. Olsa da, çox az, 3-5 nəfər. Çünki qalanları o çirkli mühitdə də gözəl yaşayırdılar. Nəbilər, kamallar, bəxtiyarlar, ənarlar, elçinlər, qocalar, cavanlar və ümumiyyətlə, yazıçı və şairlərin 99 faizi, eləcə də bütün xalq və onların məddahları.
Mənfur imperiya dağıldı və onun sadiq qulları və əsgərləri yenə yüksək vəzifə və çinlərdə, xoşbəxt və firavan mövqelərində qaldılar.
Amma biz də azadlıq və xoşbəxtliyə qovuşduq. Köhnə Təzələr buna mane ola bilmədilər.
40 il səbr etdik, dünyanın zəka xəzinəsini mənimsəyib, öz zəkamızı isə çalxalayıb istədiyimiz bütün ideya və ideallarımızı yerinə yetirdik və meyvələrini dərdik.
İnsan ömrü qeyri-müəyyəndir. Bəzən o ən ağlasığmaz istəklərin də gül açdığını görməyə imkan verəcək qədər uzun olur.
Yenə səbr edirik. Ancaq balaca dünyamızda həqiqət günəşinin doğmasını görmək, ərəbzəngilərin necə mənəvi daş-qalağa düçar olduğunu görmək… ağlasığmaz olsa da, axı səbrlə hər şey mümkündür. Əyri nimçələr nə vaxtacan bir-birinin üstünə yığılıb göylərə qalxacaq? Zəlzələ, əlbəttə, siyasi, bircə zəlzələ hər şeyi alt-üst edə bilər və yeni leninçilərin… Nə isə, lənət şeytana.
Və fironun kəlləsi üstündə oturan qarı kimi yenə gözləyək. Çünki qoca Nizami demişkən, «fələyin gərdişi rəqqasə qadınlar kimidir». Dünya məntiqinin zindanı çox ağırdır, çox. Çox yaxşıdır ki, Kassandraya, onun xəbərdarlıqlarına heç kim əhəmiyyət vermir, nə sağlar, nə sollar. Axı öz vətənində peyğəmbər olmur. Və əslində bu, çox yaxşıdır, çox.

Advertisements
Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: