Quyruq

Bir gün Məhəmməd Rza yolla gedərkən ayağı nəyəsə ilişir. Dayanıb baxanda görür ki, eşşək quyruğudur. Şahənşah yoluna davam etmək istərkən Quyruq dilə gəlir:
— Belə olar da, mən sizi gətirib prezident elədim, indi siz məni ayaqlayıb keçirsiz.
— Piruz Ərdəbili? – Məhəmməd Rza heyrətlə səsləndi.
— Bəli, mənəm.
— A kişi, mən səni Məclisə deputat eləmişəm, bu nə gündür düşübsən?
— Nə olsun deputat eləmisən, Azveralstanda vəzifən olmadı, kim səni sayacaq?
Şah fikrə getdi. – Xob, cənab Quyruq, hansı vəzifəni istəyirsən? Axı sənə münasib yağlı vəzifə yoxdur.
— Necə yoxdur, – Piruz adəti üzrə bərkdən bağırdı. – Bəs Ruznamələr Nazirliyi?
Şah boynunu qaşıyıb dedi:
— Doğru deyirsən, orda köhnə bir dostum oturub. Get sabahdan işə başla, ey mənim sadiq Quyruğum.
Və illərdən bəri kreslo üçün sinov gedən beşinci dərəcəli jurnalist Piruz Ərdəbili o gündən ölkənin Ruznamələr naziri olub ağ günə çıxdı.

24 mart 1998.

Реклама
Categories: Pritçalar | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: