Üzündə güllər açılan

Bu günlərdə avtobusla üzüyuxarı Şamaxinkaya tərəf gedirdim. İki qız mindi. On yeddi-on səkkiz yaşlarında. Gənclik sərvətlərini lap açıqca nümayiş etdirir, az qala göbəkdən bir qarış yarım aşağı olan mini yubka geyinmişdilər. Əlbəttə, fiquraları və üzləri cazibədar idi. Çünki bu yaşında nəinki insanlar, hətta heyvanlar da qəşəng olurlar. Fikirləşdim yəqin ki, hansı bir pijonunsa görüşünə – ağuşuna gedirlər.
Bu vaxt iyirmi iki-iyirmi üç yaşlarında doğrudan da, xalis bir pijon avtobusa mindi. Nazik bığları onun oğlan olduğunu bildirən yeganə əlamət idi. Çiyninə tökülmüş uzun saçları vardı.
Qızların biri oturmuş, o birisi oğlanın lap yanında dayanmışdı. Oturan qız gözlərinin işarəsiylə o birinin diqqətini oğlana cəlb etdi. Yəni əla oğlandır ha! Yanında dayanmış qız həsrətlə zahirən özündən çox az fərqlənən pijona baxırdı. Oğlan isə gah telefonla danışır, gah da qızın bu baxışlarına heç bir əhəmiyyət vermədən gözlərini harasa çölə zilləyirdi. Mən xeyli təəccübləndim. Çünki o, yeniyetmə qızın bu cür nümayişkaranə çağırış dolu baxışlarına zərrə qədər də əhəmiyyət vermirdi. Bəlkə də, onun özü də «mavi» idi. Və doğrudan da o, «mavi»lərin məskəni olan Avropa mehmanxanasının yanında avtobusdan düşdü.
Qız yana-yana qaldı. Görünür, oğlan ona görə ona əhəmiyyət vermirdi ki, özü də kiminsə ağuşuna tələsirdi. Bəlkə də, qız bunu bilirdi. Amma o, cinsinə xas qüdrətli bir instinktin hökmü ilə pijona doğru can atırdı və dünyada heç kimin məhəbbəti onu bu istəkdən yayındıra bilməzdi.
Mən gülümsədim və istər-istəməz 90-cı illərin ortalarında öz başıma gələn bir hadisə yadıma düşdü…
Sən həmkarımın tanışı idin və o, xoşbəxtlikdən sənin mənim üçün badam ağacının gözlədiyi yaz olduğunu bilmirdi.
Bəli, sən mənim üçün yaz idin. Sən bunu bilir, görürdün. Sən məndən qaçmırdın, amma mənim üçün əlçatmaz qalaya dönüb içində gizlənmişdin. Sənin üçün maqnit deyildim. Sənin qapılarını mənim üzümə açan kobudluq adlı cazibəm yox idi. Mən bunu hiss edir, görürdüm. Amma səni əşyaya çevirəcək o asan xüsusiyyəti əxz edə bilmirdim. Mən milyon illər əvvəlki məziyyətimə qayıda bilmirdim. Bu, söz kobudluğu deyil, daxildən gələn, daxildə gizlənib yatan heyvanlıq idi ki, məndə heç cür alınmırdı.
Sən mənim şöhrətimi görürdün. Ancaq əylənmək üçün məni yaxına buraxır, qüdrətini görməyə imkan verirdin. Yalnız və yalnız bu qədər, bundan artığına heç cür imkan vermirdin. Mən təşəbbüsü sənə vermişdim. Səhvim də bunda idi, birinciliyi sənə vermişdim. Sənə o ki var, tamaşa edə bilirdim. Qazancım yalnız bu idi. Sən çox baha yaranmışdın, amma ucuz idin. Bəzən adi vaxtlarda heç kimin gözünə olduğun kimi görünmürdün. Belə vaxtlarda məni tamaşaya buraxırdın. Yalnız tamaşaya və mənimlə əylənib qürrələnirdin. Elə bil ki, uzaqdan gələn ac, susuz yolçunu növ-növ meyvə dolu bağa yaxın buraxmırdın. Çünki buraxılış vəsiqəsi yox idi. Hər yoldan ötən itdə də bu vəsiqə olsa belə. Mən uzaqlaşa bilmirdim. Buna gücüm çatmırdı. Mən səni acılaya, sənə sənin ucuzluğunu sübut edə bilərdim. Ancaq bunu ümidlərin əbəs olduğunu dərk edənə kimi saxlayırdım. Bu səni məğlub və əsir edəcək kobudluq deyildi və mənə də heç nə verməyəcəkdi. Amma sənin ucuzluğunu sənə sübut edəcəkdi deyə, onu təsəlli üçün saxlamışdım. Sənə pijon lazım idi, amma hələ o səviyyəyə çatmamışdın. Pijonlar hələ səni görmürdülər. Mən səni onlardan əvvəl «dərmək» istəyirdim, amma sənin mənfur qadın instinktin, güc və kobudluq tələbatın səni mənə yaxın qoymurdu, eyni zamanda mənə də uzaqlaşmağa imkan vermirdi. Bir zərrə də olsa, sevgi cazibəsi qəlbində şölələnirdi. Mən isə tonqal kimi yanırdım. Hər gün səliqə ilə işə gəlirdin. Makina arxasına keçib yazırdın. Bu, sənin ilk vəzifən idi və sən xoşbəxt idin. Lap əvvəllər mən səni demək olar ki, «görməyəndə» sən mənim vurğunum idin. Bu görməzlik səni mənə bağlamışdı, hərçənd ki, tel çox nazik idi. Onu möhkəmləndirmək, bəkitmək olardı. Kobudluq, heyvani instinktlər və nəhayət, pul. Amma məndə bu instinktlər qətiyyən yox idi. Təzə pöhrə verən çiçəyə qarşı necə kobud olasan? Onu qoparmaq, qırmaq mümkündümü? Amma sən bunu istəyirdin. Sənin sevgini bununla qazanmaq olardı, müqavimətini bununla qırmaq olardı. Yaş fərqimiz böyük idi. Yaxın olsaydıq, bəlkə də qaça bilməzdin. Elə bu fərq səni qorxudurdu. Sən sərvətini məndən qoruyurdun, başqa gənc sevgililər üçünsə yox. Kobud, saymaz gənclər, gənc pijonlar üçün. Mən buna imkan verməməyə çalışırdım. Sən məni o pijonlardan sonrakı ehtiyat skamyalarında oturmağa məcbur edirdin. Bu, qədimdən gələn bir ənənə idi ki, yalnız çoxlu pul və ya böyük vəzifə ilə ona üstün gəlmək, aradan götürmək olardı ki, heç biri məndə yox idi. Mənim gücüm şöhrətimdə idi. Bunun isə cazibəsi çox az idi. Sənin sərvətini verməyə hazırlaşdığın pijonu əvəz etmək üçün çox az idi. Bunu sən də, mən də bilirdik. Bunu sən açıq etiraf edib bir dəfə söhbət zamanı dedin ki, hə, anam deyir ki, xaricdə gənc qızlar pullu və vəzifəli kişilərin «lyubovniça»ları olurlar. Yəni mən də səninki ola bilərdim, əgər pulun və ya yüksək vəzifən olsaydı. Biz tamamilə şair Əli Kərimin «İki sevgi» şeirindəki vəziyyətdə idik. Əlbəttə, sənin yaxşı geyinmək, daş-qaş taxmaq və əla restoranlarda nahar etmək istəyin açıq-aşkar idi. Amma hələlik pərvaz səviyyədə deyildin və bizim yanımızda kiçicik bir vəzifədə gələcək günlərinin intizarıyla gözləməyə məcbur idin. Gözəlliyin və gəncliyin bu perspektivini təmin edirdi. Sən gec-tez, əlbəttə, lap yaxınlarda pərvaz edəcəkdin. Buna çox qalmamışdı, çünki üzündəki çiçəklər tam pardaxlanmışdı. Və mən cazibəsi az olan gücümlə qabağa düşmək, ilk busələrini dadmaq istəyirdim və əslində mənim buna sənin can atdıqlarından qat-qat çox haqqım vardı, mənəvi haqqım. Lakin göylərdə, cəngəlliklərdə gedən mübarizələrdən mənəviyyatın üstünlüyü nəzərə alınıbmı? Yox! Sən hədsiz «uvyazimıy» idin. Mən bunu hiss edir, görürdüm. Hər hansı bir gənc naxal və ya pullu sənə asanlıqla sahib ola bilərdi. Sən buna hazır idin və mən sənin bu pərvazlıq istəyini görüb onları qabaqlamaq istəyirdim.

(ardı var)

Advertisements
Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: