Bir məsəlin tarixi

Keçi ağır vəziyyətdə idi. Sahibi onu canavara satmaq istəyirdi. Ancaq qiymət barədə heç cür razılığa gələ bilmirdilər. Keçi də onların yanında dayanıb taleyini gözləyirdi. Canavar keçini mümkün olduqca qiymətdən salıb almağa, sahibi isə mümkün olduqca baha satmağa çalışırdı. Çünki keçi çox kök, yağlı bir keçi idi. Amma nə o, nə də bu, güzəştə gedirdi.

Şahın arvadı möhkəm xəstə idi. Həkimlər təcili keçi piyi tələb etdilər.
— Ya əlahəzrət, təcili piy olmasa, arvadınız əldən gedəcək.
Şah əllərini başına vurub dedi:
— Mən yazıq bu basabasda keçi piyini hardan tapım?
Dedilər ki, qəssabınızı göndərin, harda olsa tapsın. Çünki bu boyda şəhərdə ola bilməz ki, bir dənə keçi olmasın.
Bu fikir şahın ağlına möhkəm batdı.
— Doğrudan ha, qoca qəssab ola, keçi yeri bilməyə.
Tez qəssabı çağırtdırıb dedi:
— Vələdizina, de görüm harda bir keçi var?
Qəssab boynunu qaşıyıb dedi:
— Şah sağ olsun, vallah, heç yadıma gəlmir.
— Vələdizina, tez ol, keçi tap! Tapmasan, vallahi, sənin öz peysərinin qatlarındakı piyi çıxartdıracağam. Tapsan, öz ağırlığında qızıl verəcəyəm. Atamın oğlu deyiləm boynunu vurdurmasam. Tez ol get, bir-iki saata piylə gəl. Gəlməsən, vay halına.
Qəssab başılovlu şəhərə çıxdı. Kimdən soraqlaşdısa, hamı keçi yeri tanımadığını söylədi. Soruşa-soruşa axırı qəssab gəlib keçi olan həyəti tapdı. Alverin qızğın vaxtı idi. Canavar indi ha, bayaq ha, keçi sahibi ilə axırı bir qiymət üstündə dayanacaqdılar.
Yazıq keçi bilmirdi ki, başına nə çarə qılsın. Çünki bilirdi ki, canavar möhkəm acdır və çoxdan keçi ətinə, keçi yağına sinov gedir. Belə ki, keçinin sümüklərini də gəmirəcək.
Keçi bu vəziyyətdə ikən qəssab özünü yetirdi. Keçini qucaqlayıb dedi:
— Sən Allah, mənə yüz qram piyindən ver.
Keçi dönüb ona baxaraq, başını bulaya-bulaya: – A kişi, rədd ol!
— Heç yana rədd olan deyiləm. Tez ol, yüz qram piy.
Keçi bəyirərək dedi:
— A kişi, ay yaramaz, vaxtı deyil, mən nə hayda, sən nə hayda. Mən can hayında, sən piy axtarırsan.

Реклама
Categories: Pritçalar | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: