Bataqlıq

Bataqlıq qorxunc yerdir, ora düşdün, xilas olmaq çətindir. Bataqlıq nə qədər insanları udub. Onun dibi olmur. Üstü gözəl olur, amma bu gözəllik bir balaca ehtiyatsızlıq nəticəsində insanı yavaş-yavaş, tədricən, tələsmədən çarəsizcəsinə udur. Viktor Hüqo və Meksika ədəbiyyatı klassiki K.Fuantes belə hadisəni çox parlaq şəkildə qələmə alıblar.

Amma mən bu gün bataqlığı tərifləmək, mədh etmək istəyirəm. Ruslarda belə bir məsəl var, hər cüllüt öz bataqlığını tərifləyər.
Cüllütə nə var ki, ayaqları uzun, özü yüngül, gözəl qanadları da var və buna görə bataqlıq onlar üçün bir cənnətdir. Bataqlıqda hər cür yeməli qurd-quş, kiçik balıqlar və nəhayət, həqiqətən növ-növ dadlı, faydalı, sehrkar giləmeyvələr olur.
Ona görə cüllütlər öz bataqlıqlarını tərifləməkdə haqlıdırlar. Və belə bataqlıqların ən pisi bizdədir, yəni bizik. Və mən də cüllüt kimi öz bataqlığımızı alqışlayıram. Çünki bu bataqlıqda deyil, azad, xoşbəxt ölkələrdə doğulsaydım, heç nə! Heç nə yaratmaq olmazdı.
Nə «Ehram», nə «Artakserks», nə «Təqib», nə də saysız pritçalar dünyaya gələ bilərdi. Kafkanı başqa bir şey deyil, məhz Avstriya-Macarıstan imperiyası bataqlığı Kafka etdi.
Alqış bizim bataqlığı yaradan ərəbzəngilərə! Alqış onların dahi sələflərinə! Əgər mən belə qoca və xəstə olmasaydım, bu sehrli bataqlıq giləmeyvələrindən 3-5 deyil, onlarla cildlər yazardım. Amma yenə nə yaratmışamsa, ona görə doğma bataqlığa min alqış!

Реклама
Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: