Əbülfəz Qarayevin yuxusu

Musiqidən xəbərsiz, Azərbaycanda heç bir qəzetin üzünə baxmayan və ona edilən müraciətlərdən xəbəri olmayan və mədəniyyət sahəsində heç bir yeniliyə təşəbbüs etməyən, haqqında yazılmışlara heç bir reaksiya verməyən, ömründə bir kitab və roman da oxumayan (güman edirik ki, həqiqətən belədir) mədəniyyət naziri Əbülfəz Qarayev yuxuda görür ki, bəs rəhbər ondan imtahan götürüb belə bir sual verir:

— Üzeyir Hacıbəyov necə opera müəllifi olub və həmin operalar hansılardır?
Hörmətli Əbülfəz müəllim daz başını qaşıyıb ha fikirləşirsə, «Leyli və Məcnun», «Əsli və Kərəm» və «Koroğlu»dan başqa heç birinin adını yerli-dibli bilmədiyi üçün nə cavab verəcəyini bilmir.
Bu yerdə yuxudan oyanır və tər-qan içində bir az özünə gəlib Allaha şükür edir ki, gördüyü yuxu imiş. Sonra fikirləşir ki, ayə, doğrudan da görəsən, Üzeyir Hacıbəyov neçə opera yazıb? O, arvadını dümsükləyib soruşur: – Gulya, u Qadjibekova skolko opera?
Arvadı deyir: – Qadjibekov kto?
— Ne znayeş kto takoy Uzeir Qadjibekov?
— A a a, Uzeir Qadjibekov? Da, da, koqda to vı Konservatorii slışal.
Xülasə, ikisi bir yerdə bir xeyli əlləşib, axırı Üzeyir Hacıbəyovun 6 operasının adlarını yada salırlar. Yeddincisini isə tapa bilmirlər ki, bilmirlər.
Ay hörmətli Əbülfəz bəy, əgər siz qəzetimizdə dərc olunmuş iki müraciətdən xəbərdar olsaydınız, onda bilərdiniz ki, Üzeyir Hacıbəyovun yeddinci operası (yalnız bir ariyası yazılmız «Firuzə» operasını saymırıq) «Şah Abbas və Xurşudbanu» adlanır ki, hazır partiturası ev muzeyindədir və sizdən xahiş etmişdik ki, bu misilsiz əsəri 80 ildən sonra yenidən Opera və Balet Teatrının repertuarına saldırıb tamaşaya qoydurasız. Belə olsa, bəlkə ömrünüzün axırında siz də nəsə faydalı və nəcib bir iş gördüyünüzü xatırlaya bilərdiniz.

Реклама
Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: