Etnosumuzun taleyi

Hansı rejim daha yaxşıdır və kim üçün? Müəyyən etmək çətindir. Bəziləri üçün keçmiş sovet rejimi yaxşı idi, bəziləri üçün isə indiki. Ancaq olan olub, artıq keçmişə qayıdış mümkün deyil, hətta Rusiya təzədən SSRİ-ni yaratsa belə. Çünki sosializm ideyası artıq ölüb. Ölü isə dirilmir.

Lakin ən pis tək-tək ləyaqətlilər üçündür. Onlar biznes adamı deyil və ən fəna cəhəti də siyasi rejimin əyriliyidir. Bu əyrilik ümumbəşər dəyərlərinə və qayda-qanunlarına ziddir. Çay elə bir yeni yatağa döndərilib ki, ətraf mühit üçün, çoxluq üçün heç bir faydası yoxdur. Nə din var, nə dinsizlik. Amma bir şey var ki, kim istəsə, çıxıb gedə bilər. Kim əyriləşməyi bacarmasa. Həmin ləyaqətlilər üçünsə köçüb getmək də artıq gecdir.
Rejim mənəvi aləmdə dözülməz mühit yaradır, alilər məhvə məhkum edilir. Heç bir çıxış yolu qoymayıb və əlbəttə, qaçmaqdan başqa. Lakin boğulanlar üçün özgə mühit, keçmiş Sumqayıt havasına öyrəşənlər üçün təmiz hava necə zəhərli idisə, o cürdür.
Bəs neyləməli? Təsadüfi hadisələr hələ ki, xilas edir. Bəs aciz və bu mühitdə yaşamaq imkanı tapa bilməyən xələflər necə olacaq?
15-20 ilə millət yəqin ki, tamamilə boşalacaq, yuxarıda da. Yuxarıda kimlikləri olmayan məsləksizlər sürüsü, aşağılarda isə tamamilə «sentimental canavarlar» ordusu.
Əlbəttə, gənc ləyaqətlilər doğula bilər, amma onların faizi mühitin rəngini dəyişmək üçün hədsiz az olacaq.
Əgər HƏR ŞEYİ GÖRƏN KOR TƏSADÜF köməyə gəlməsə, bunun isə baş vermə gümanı yüzdə bir-ikidir, onda necə olacaq?
Dilqəmlərin, Seymurların başına nə gələcək? Çıxış yolu görməyib və yaşaya bilməyib mühitlə barışıb, onun rəngini almayacaqlarmı?
Tək-tək olsa da, hələlik şərə qulluq edib xeyirxahlıq toxumları səpənlər var. Amma artıq onlar da qocalıblar. Əvəz edənlər, yeni xeyirxah məddahlar isə doğulmur. Doğulanlar da, qoca Markes demişkən, şəxsi mənafeyin buzlu sularında qərq olacaqlar.
Sel uzunmüddətlidir və hətta bütün düzləri əymək üçün kifayət edəcək qədər uzundur. Vay onda təzəcə üz tutan bu etnosun halına.
Bu yazını yazandan sonra yuxuda kimlərəsə gələcək taleyimiz barədə bir çıxış yolu diktə edirdim. Oyanıb həmin cümləni təxmini olaraq bərpa etdim:
Azərbaycan xalqına mənəvi və psixoloji sahələrdə gedən dəhşətli reqressiyanı aradan götürmək üçün təcili olaraq ilk növbədə siyasi rəmzi təzələməklə bərabər, uzunmüddətli bərpa prosesini həyata keçirmək üçün gərgin işləməyə qadir olan qeyri-adi, fədakar peşəkarlardan ibarət bütöv bir dəstə, mahir və savadlı qələm sahibləri lazımdır. Bu zərurət ümummilli səviyyədə gündəliyə çıxarılsa və tətbiq edilsə, həmin yüksək səviyyəli qələm sahiblərinin meydana çıxması çətin məsələ deyil.

 

 

 

Реклама
Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: