Xalqımızla fəxr edə bilərik?

Bir etnosun ki, vahid milli şüuru olmadı, onun nəyi ola bilər?

Bəli, Şopenhauer haqlı idi. O şeyin ki, sayı çoxdur, o şey ki, hamıya xas, hamıya məxsusdur, o şeyin ki, sayı milyonlarladır, onunla fəxr etməyə dəyməz.
Yəni mənsub olduğun xalq ilə.
Əgər hələ böyük mütəfəkkir, alman xalqı kimi saysız dahilər yetirən bir xalqla, alman xalqı ilə fəxr etməyi gülünc hesab edirdisə, bəs biz nə etməliyik?
Hətta xalqımız Nizamidən bəri xeyli sayda parlaq yaradıcı və zəka sahibləri yetirsə də.
Əvvələn, onlar əksərən ta Məhəmməd Hadiyə kimi özlərinə yox, qonşularına, hətta qonşulardan da uzaq olan və erməni kimi mənfur bir millətə xidmət etmişlər.
Bu Nizami və ya Xaqani və ya Şəbüstəri və ya Tusi və ya Zeynalabdin Şirvani və başqaları xalqımızın mədəni və əqli yüksəlişində, inkişafında, xarakter və zövqlərinin formalaşmasında heç bir rol oynamamış, təsir buraxmamışlar. Eləcə, bu Zeynalabdin Şirvani nəhəng kitabları ilə kimə lazımdır, bilmirəm.
Bu, başqa bir mövzudur. Söhbətimizin əsas mövzusu isə xalqla fəxr etməyin nə dərəcədə ağıl əlaməti olub-olmaması ilə əlaqədardır. Özü də bizim xalq kimi bir xalq ilə. Ona görə Lütvi-Zadə cənabları hansı xalqa məxsus olduğunu demək istəməməkdə əlbəttə, haqlıdır. Xalqımızın nəyi ilə fəxr edə bilərik?
Hələ Avropanın böyük xalqlarını demirik. Azsaylı Pribaltika xalqları – latış, litva və estonlar kimi tarixin bütün dövrlərində görünən öz millət adları, varlıqları, mübarizələri və qəhrəmanlıq səhifələriləmi?
Bütün bunlar bizdə yoxdur. Nə türk olduq, nə midiyalı olduq, nə atropaten olduq, nə eldəgiz olduq, nə alban olduq (yəni Qafqaz albaniyalıları), nə qızılbaş olduq və ümumiyyətlə, heç kim olmadıq. Heç bir eposumuzda deyilmir ki və ya qəhrəman demir ki, mən filankəs, filan xalqın oğluyam. Hətta Şah İsmayıl Xətai də heç yanda yazmadı ki, mən kiməm.
Niyə, çünki milli şüur, milli mənlik Astiaqdan bəri bizə yad olub və heç kimdə kim olmağımızı nəzərə çatdırmaq, qeyd etmək ehtiyacı olmayıb. Bu, olmayanda əlbəttə, millət də ola bilməz. Türkdilli bir xalqın övladları olmalarına baxmayaraq, hətta Nəsimi, Füzuli, Xətai də abstrakt, etnik və milli cəhətdən qeyri-müəyyən bir şəxsiyyət olaraq qalırlar. Buna görədir ki, onlar hansı xalqa məxsus olduqlarını bilməyiblər. Axı biz osmanlı deyilik və olmamışıq. Ona görə şairlərimizi yalnız şeirlərindəki sözlərə, şəkilçilərə və ifadələrə görə özümüzkü elan etmişik. Bu qeyri-müəyyənliyə görədir ki, Nəsimini türkmənlər də özlərinki hesab edir və biz ona sahib olduqda bizimlə münasibətləri tamam pozdular. Çünki həqiqətən də, Nəsimi poeziyasında sırf türkmən ifadələri də boldur.
Ruslar bizi işğal edəndə heç kimin ağzından hansı millətin nümayəndəsi olduğunu və bizim kim olduğumuzu bilmədiklərinə görə dilimizin oxşarlığını nəzərə alıb bizi tatar adlandırdılar. Həm də ona görə ki, Türkiyə və İrandan ayırmaq üçün. Sonra yalnız XX əsrin əvvəllərində nəhayət, bəzi jurnalist və siyasilərimiz adımızı azərbaycanlı çağırıb, Azərbaycan Demokratik Cümhuriyyəti dövründə bərkitdilər.
Ruslar ikinci dəfə ölkəmizi işğal edəndə daha bu məsələyə toxunmadılar. Çünki xalqın hansı bir adla adlanıb-adlanmamasının onlar üçün artıq elə bir əhəmiyyəti yox idi və bizim «azerbaydjantsı» adlanmağımız onlara daha çox sərf edirdi.
Eləcə, XX əsrdə özümüzə ad tapdıq, «azərbaycanlılar», yəni Azərbaycan ölkəsinin adamları.
Bu, belə. Biz əsrlər boyu nəyə can atmışıq? Nə istəmişik? Axı litvalı deyəndə məhz Litva dilində danışan və özünü ölkəsinin sahibi və sakini hesab edən etnos nümayəndəsi nəzərdə tutulur. Bizdə isə bütün etnosların nümayəndələri vardı və onların hamısı istəyib-istəməmələrindən asılı olmayaraq azərbaycanlı oldular. Aləm bir-birinə qarışdı, amma bu qarışıqlıq vahid bir millətin formalaşmasına gətirib çıxarmadı. Nə qədər türkcə (yəni Azərbaycan türkcəsində) təhsil alsalar da, talış elə talış, ləzgi elə ləzgi, kürd elə kürd, tat elə tat, avar elə avar olaraq qaldı.
Bir etnosun ki, vahid milli şüuru olmadı, onun nəyi ola bilər?
Biz ayrı-ayrı seçilmiş fərdləri nəzərdə tutmuruq, adi, sıravi xalq nümayəndəsindən danışırıq. Hələ qədimlərdən «heç kim» olan Azərbaycan türkü qəribə bir etnos olub. Bəli, o vardı, onu idarə edəndə, qabağa verəndə, ona imkan yaradanda o möcüzələr yaradırdı və bu da çox təəccüblüdür. Məsələn, şah Nadir («Nadir şah» deyimi düz deyil, necə ki, İsmayıl şah, Abbas şah deyilmir, ay tarixçilər. Bu, dilimizin qanunlarına ziddir. Ya elə, ya da belə ola bilər, eyni etnos nümayəndələrinin biri belə, biri elə adlana bilməz!) Hindistana yürüşü zamanı döyüşlərin ən çətin məqamında məhz azərbaycanlıları, qızılbaşları qabağa buraxardı. Çünki onlar tamam qırılsalar belə, geri çəkilmir və heç cür məğlub olmurdular.
Amma axı igidlik, istedad və hətta dahilik belə, hələ xarakter deyil. Dahi ləyaqətsiz də, şəxsiyyətsiz də olur. Nə qədər beləsi var!
Bəli, bu gün azərbaycanlının heç bir ləyaqəti, mənliyi, şəxsiyyəti və prinsipi yoxdur. Orta əsrlərdə, hətta bu yaxınlaracan dini əqidə və inam vardı. Bu gün o da yoxdur və din yalnız dəfn mərasimi olaraq mövcuddur, başqa heç bir hərəkətverici mahiyyət daşımır.
Zövq yoxdur. Sızıltılı və iniltili, tamamilə ağı xarakterli «Seygah»a aludəlik buna sübutdur.
Kitab, qəzet, jurnal oxumaq «yuxarılar»ın təsiri ilə sıfra enib. Ən yaxşı kitabların tirajı 500, hətta 100-ə düşüb və o da illərlə satılmır.
Kimi istəsən, təhqir et. Uzağı 5-10 manat versən, keçib gedəcək.
Heç bir heysiyyət, siyasi şüur, mənəvi ehtiyac yoxdur. Hakimiyyət kimin əlində olursa-olsun, xalqla necə rəftar edilirsə-edilsin, böyük vəzifəlilər açıq-aşkar nəylə məşğul olurlarsa-olsunlar, xalq üçün, sıravi üçün və kütlə üçün heç bir fərqi yoxdur və bəzən hətta əksinə, nə qədər pis olsalar, xalq tərəfindən daha çox sevilirlər.
Bütün bunların nəticəsi olaraq bellərinə minilsə də, boğazlarına ip keçirilib sürüsələr də, heç bir qəzəb, intiqam, inqilab və fədakarlıq yoxdur.
İdeya və məslək deyilən şey ürəklərdən büs-bütün silinib və ya heç əvvəldən olmayıb. Olsa da, son onilliklərdə havasız bir vəziyyətə salınaraq ölüb.
İndi bütün bunlardan sonra hansı eşşək öz xalqı ilə, ona məxsus olması ilə sevinə, öyünə, fəxr də bilər?
Bir halda ki, fəlsəfi mənada insan yalnız özündə olan bir üstünlük, bir seçim, bir qabiliyyətlə fəxr edə bilər.
Xülasə, bəs bu xalqın nəyi var? Doğrudanmı tamamilə canlı meyitdir?
Yox, fəxr ediləsi olmasa da, sadəcə, bu xalqın nümayəndəsi kimi yaşamağa imkan verən şeylər var. Bunlar muğamlarımız – «Çahargah», «Bayatı-Şiraz», «Şüştər», bir sözlə, «Seygah»dan başqa hamısı, klassik musiqimiz, Üzeyir bəy, Müslüm Maqomayev (bəstəkar) və onların artıq heç biri sağ olmayan şagirdləri və onların əsərləri!…
Və nəhayət, həqiqətən, üfunətli erməni dilindən, bayağı, eybəcər fars dilindən və hətta adamın dil-dodağını əyən və əzən özbək dilindən qat-qat səlis, rahat, ləzzətli və gözəl quruluşlu qədim və sarsılmaz bir dil – məhz Azərbaycan türkcəsi var. Və mən açıq-aşkar görürəm ki, bu dili qoyub başqa heç bir dildə yazıb-yaratmaq istəməzdim.

Реклама
Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: