Franklin Ruzvelt kim olub?

Bu başdan deyim ki, 1933-45-ci illərdə ABŞ prezidenti Franklin Delano Ruzvelt «idiot» və paraliç idi. Onun da beyninin yarısı çürük imiş. Bunu Amerika alimləri və psixoloqları polyak zabitlərinin qətliamı ilə əlaqədar bu günlərdə bir daha təsdiq etdilər. Deməli, 1939-cu ildə Hitlerlə Stalin saziş bağlayıb, Polşanı işğal etdilər. Ölkənin yarısı Hitlerin, yarısı da Stalinin oldu və bu əməliyyat zamanı ruslar qırdıqlarından savayı 25 min polyak zabitini də əsir aldılar.

Böyük Britaniya və Amerika Birləşmiş Ştatlarının bununla əlaqədar olaraq SSRİ-yə güldən də ağır söz deməyərək, Almaniya ilə müharibə başlananda Stalinin əmri ilə bu 25 min günahsız cavan zabitlər bir nəfər kimi güllələndilər. Və bunu gizlədə bilməyib ruslar elan etdilər ki, bəs bu iş almanların cinayətidir.
Lakin həqiqəti gizlətmək olmur və uzun illər sonra faktlarla sübut olundu ki, cinayətkar almanlar deyil, ruslardır və bununla əlaqədar Rusiya prezidenti Yeltsin 1993-cü ildə polyaklardan üzr istədi.
Lakin alçaqlığın ən böyüyü paraliç və idiot ABŞ prezidenti Ruzveltin adı ilə bağlıdır. Belə ki, o, rusların bu cinayətini elə həmin vaxt bildiyi halda, qətiyyən bu barədə səs salmadı.
Dünyada insandan yaramaz məxluq yoxdur. Bunu çoxdan bilirik. Amma Ruzveltin və sonrakı ABŞ prezidentlərinin əməllərinə baxanda heç cür ayırmaq olmur ki, hansı millət daha alçaqdır. Halbuki, hardasa bir dılğır yəhudiyə görə, müharibədən 50 il keçsə də, yenə hardasa bir qoca alman zabiti ələ keçəndə dərhal tutub məhkəməyə verib, güllələyirlər. Amma Stalinə və ümumiyyətlə, bütün sonrakı rus rəhbərlərinə ömürləri boyu güldən ağır söz deyən yoxdur. Halbuki, rusların cinayəti hər hansı alman rəhbərinin və generalının cinayətindən qat-qat ağır olub. Və əgər xəstə və yaramaz Ruzvelt o vaxt, Stalinin sağlığında onun bu cinayətini elan etsəydi, Stalin qiyabi də olsa, beynəlxalq məhkəməyə verilib, ölüm cəzasına layiq görülərdi. Amma idiot Ruzvelt bunu etmədi, üstəlik, müharibə zamanı SSRİ-yə bir güllə də atmayan Yaponiyanın və eləcə də, Almaniya və Polşanın bir çox ərazilərini ruslara bağışladı.
Qəribə orasıdır ki, 1929-cu ildən 39-cu ilə kimi Stalinin, yəni SSRİ-nin dünyaya meydan oxuduğu bir zamanda o dövrün bütün hərbi texnika və strateji məhsullarını Stalinə göndərirdi. Milyon-milyon tonlarla nadir metallar, elementlər, hətta ərzaq və qida məhsulları axıb SSRİ-yə gəlirdi ki, bu qorxunc monstr daha da şişib quduzlaşsın və bizim kimi yığma millətlərdən yaranmış Amerika xalqı və Konqresi bu yaramaz idiotu Konstitusiyanı pozaraq 2 dəfə deyil, 4 dəfə prezident seçdi.
Və elə həmin illərdə də SSRİ mətbuatı ən böyük kapitalist və imperialist ölkəsi kimi daim ABŞ-ı damğalayır və onun məhvinə çağırırdı.
İndi görürsüzmü insan dünyanın hər yerində ən axmaq və yaramaz bir məxluqdur. Və ABŞ dövləti də kim ona boyun əyirsə, kim onun qabağında əyilirsə, öz xalqının başına nə oyun açırsa-açsın, nə cür tiranlıq edirsə-etsin, ABŞ höküməti ona güldən ağır bir söz demir. Əksinə, bir balaca ABŞ-ın qabağında özünü müstəqil aparan prezidentləri və dövlət başçılarını dərhal cəzalandırır. Bu da sizə bütün dünyada demokratiyanın dayağı olan ABŞ.
Daha bir gülməli cəhəti də budur ki, hətta ABŞ mətbuatı da bu günlərdə bu faktı, yəni Ruzveltin Stalinin bu cinayətini ört-basdır etməsi faktını ifşa etsə də, yenə bu idiotun hörməti və heykəlləri əvvəlki kimi qalır.
Polyaklara gəldikdə isə yazıqların yəhudi milyarderləri kimi arxaları yoxdur ki, bundan ötrü hay-küy salıb, Rusiyanı ifşa etsinlər. Çünki bir balaca səslərini çıxaran kimi, Putin bir müddət qabaq olduğu kimi, dərhal onları cəzalandırıb, hətta prezident və nazirlərinin belə, uçduğu təyyarəni göydəcə məhv edir.
P.S. Rusiya bu günlərdə humanitar yardım adıyla hey Bəşər Əsədə böyük təyyarələrlə yeni-yeni silahlar göndərməklə məşğuldur. Hiyləgərlər hiyləgəri olan Putin aeraportda un kisələri yüklənən bir təyyarəni göstərib guya, bunun Suriyaya getdiyini elan edir və başqa təyyarələrlə Bəşər Əsədə külli-miqdarda raketlər, tanklar, təyyarələr yola salır və Amerika və Avropa Parlamenti də buna inanır. Çünki onlar Putini əsla tanımırlar. Özü də bu kişi Səddam Hüseyn, Qəzzafi, müasir İran və Lukaşenko ilə daim qardaş ola-ola.

 

 

 

Реклама
Categories: Tarixin qürubu | 1 комментарий

Навигация по записям

One thought on “Franklin Ruzvelt kim olub?

  1. Yaramaz siyasət riyakarı Çörçilli də unutmayaq.

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: