Böyüklük

Vaxtilə mətbuatda oxumuşdum ki, məşhur ingilis yazıçısı Konan Doyl böyük yazıçı ola bilmədi. Çünki əsərlərində hökumətin, dövlətin və ümumiyyətlə, hakimiyyətin siyasətinə tənqidi münasibət yoxdur.

Bu, doğrudan da belə idi. Hamlet deyəndə ki, bu gün namuslu olmaq, yüz min nəfərdən seçilmək deməkdir, bununla Şekspirin böyüklüyünü təsdiq edirdi.
Dövlət hətta xalqına münasibətdə ümumiyyətlə, ədalətli olsa belə, ona qarşı loyal olmaq, onun siyasəti ilə barışmaq yazıçı və mütəfəkkir üçün yolverilməzdir. Bunu yalnız dılğır və karyerist sənətkarlar edə bilər ki, əksəriyyəti bizimkilərdir və buna görə onlar heç vaxt sənətdə əzəmət qazana bilməzlər.
Sovet dövründə olduğu kimi onsuz da pozğun, mənəviyyatsız, acqurd və hər cür alçaqlığa hazır olan xalqımızın əxlaqca həyatın dibinə enməsi artıq beynəlxalq ictimaiyyətə də məlumdur, özü də lap çoxdan. Artıq bizə, tariximizə rəğbəti olan millətlər yoxdur.
İş ora çıxıb ki, bu günlərdə NTV telekanalı ilə verilən reklamların birini eşidəndə matım-mutum qurudu. Reklamda nə deyilsə yaxşıdır?
«Azərbaycanlı güləşçilərlə yarışarkən pis iydən qorunmaq üçün filan kremdən istifadə etdikdə faydası olur».
İş gör hara çıxıb ha. Başın batsın Milli Məclis, başın batsın Yazıçılar Birliyi, başınız batsın səlahiyyətlilər və elə səlahiyyətsizlər!
Əlbəttə, bu, adamlarımızın fizioloji eybi deyil, azərbaycanlılar da başqaları kimi yəqin ki, vaxtlı-vaxtında yuyunub-çimirlər. Yox, bu, məhz Rusiyada yaşayan 2 milyon soydaşlarımızın siyasi və mənəvi xacəliyinin nəticəsidir. Heç bir söyüş və təhqirə reaksiya və əhəmiyyət verməyən xalqımız hər yerdə artıq bəşəriyyətin xıltı kimi tanınır və bu, həqiqətdir.
Eşşək də bizdən dözümsüzdür. Öndər əbəs yerə demirdi ki, xalqımız dözümlü xalqdır. Mərhum bizi yaxşı tanıyırdı.
Təsəvvür edin ki, NTV-də bu sözlər Rusiyanın və keçmiş SSRİ xalqlarının hər hansı biri haqqında deyiləydi, gör onda nə həngamə qopardı. Bizimkilər əyilib alver etmək, küçə süpürmək və hətta tualet yumaqdan başqa heç nəyə yaramırlar. Hətta Vahid Ələkbərov milyarder olsa belə, heç bir ləyaqət və cəsarəti ilə heç vaxt seçilməyib.
Neyləməli, biz də beləyik. Və yerdə qalan 5-10 nəfərimiz var ki, görəsən, nə günahın sahibləriyik ki, belə bir millətin yazıçısı olmaq kimi başına bədbəxtlik gəlib?
Yox, iy, üfunət bizim bədənimizdən deyil, beynimizdən, əxlaqımızdan, mənəviyyatımızdan, davranışımızdan gəlir. Cənab rus qardaşlarımız əlbəttə, bunu çoxdan bilirlər və haqqımızda bu boyda təhqir verirlər. Çünki dönə-dönə dişə vurub, bunun mümkünlüyünə əmin olublar. Və gülməli, ölüncə gülməli orasıdır ki, Azərbaycanda yüz minlərlə validiyen hələ də öz oğul və qızlarını saysız rusdilli orta məktəblərdə və institutların rusdilli fakultələrində oxutdurur və bununla fəxr edirlər. Tfu!

Реклама
Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: