Qəlizlik adlı Ariadna ipi

İnsanın gözəgörünməz reallığının ifadəsi olaraq qorxunc yuxular gəlir. Ağlın görə bilmədiyi amansız reallıqlar yuxularda əks olunur. Qatmaqarışıq, dolaşıq işarələrlə, rəmzlər və şəkillərlə dolu yuxular.

Mənasızlıq, dərkedilməzlik, gicbəsərlik örtüyünə və ya zirehinə bürünüb amansız reallıqlar padşahı olmaq sən demə, mümkündür və Şərqin Kafkası bunu etməyə bilməzdi.
«Anderson» nağılının qəhrəmanı olmaq divanəlikdir, amma Bəhlül-danəndə kimi özünü dəliliyə vurmaqla mümkündür.
Bununla da Tağı taleyindən yan keçmək olar. Tərsinə, Harun ər Rəşid blizorukdur və əyanları vitrajdakı rənglərin qarışığında Çin əlifbası ilə yazılmışları çətin ki, oxuya bilə.
Əgər bu sayda zirehsiz igidliklər mümkündürsə və buna baş qoşulmursa, onlardan qat-qat amansız reallıqlar krossvordu bu qədər qəliz şəkildədirsə, kimdir onları rasşifrovka etmək üçün baş sındıran? Düha, tamaşaçıların fövqündədirsə, zalda cəmi 10-15 tamaşaçı varsa, fars göstərmək və Tağı qismətindən yayınmaq mümkündür. Ağlın gücü ilə hər cür situasiyada optimallıq tapmaq mümkündür və Ariadna ipini tutub, özü də minotavr ilə haqq-hesabı çürüdərək.
Ümumiyyətlə, Şərqin Kafkası taleyə hələ yeni-yeni həqiqətlər yaratmaq üçün çox lazımdır, azı 15 il. Necə ki, bəsirətli balaca Üzeyir bu vaxtı qoymuşdur. Bu, Markesin də sözləriylə üst-üstə düşür. «Lazım olanda deyil, artıq mümkündür zamanı gələndə».

 

 

 

Реклама
Categories: Qızıl fəlsəfə | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: