Biz nə gündəyik?

Neçə illərdir yazırdıq ki, bəs biz Qüzey azərbaycanlıların azadlıq, vətəndaş və insan hüquqlarına ehtiyacları kimi, dini inamları da artıq çoxdan yoxdur. Mərhum Rafiq Tağıya hədə gələn nardaranlıların da hərəkəti sadəcə təşkil olunur. Bütün bunlar dünya müsəlman ölkələri xalqlarının və xüsusilə, ərəb xalqlarının internetdə nümayiş etdirilən anti-İslam filmi ilə əlaqədar etiraz aksiyalarında bizimkilərin yoxluğu ilə bir daha təsdiq olundu.

Kiminsə əlbəttə, qısametrajlı cəfəngiyyatı ilə əlaqədar qızışıb anti-Amerika aksiyaları, yanğın və talanlar təşkil etmək tərəfdarı deyilik. Qətiyyən, sadəcə söhbət prinsipdən, siyasi və mənəvi keylikdən, hətta ölüvaylıqdan gedir.
Yox, biz sadəcə pul qazanmaq, sərvət toplamaq sahəsində dünyada birinci yeri tutan ayıq, zirək, fəal və diribaşlarıq. Lakin mənəviyyat, siyasi və mənəvi prinsiplərə gələndə, tamamilə hissiz, neytral və biganəyik.
Bunun belə olmağından hələ rəhmətlik Sabir 100 il qabaq fəryad edirdi. Sonrakı 1 əsrlik müddət ərzində bu dini-siyasi keylik inkişaf etdirilərək, bugünki kulminasiya nöqtəsinə çatdı. Belə ki, indi bir nəfər qoluzorlu və ya polis dayanıb bir sürü adama – eşşəklər! – desə və hətta daha ağır təhqiramiz sözlərlə müraciət etsə, adamlarımız müticəsinə başlarını əyib keçib gedəcəklər.
Biz artıq bu dərəcədə ləyaqət hissini itirmişlərik. Bunu hamı görür və buna uyğun da bizimlə rəftar edirlər.

 

 

 

Реклама
Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: