Güc və ağıl

Bu günlərdə qədim yunan dahisi Perikl haqqında F.Arskinin gözəl kitabını oxuyanda Afina dövlətinin öz gücünə inamı barədə belə bir mülahizə ilə rastlaşdım: «Güc şüura günahsızlıq və hər şeydə haqlı olması fikrini təlqin edir». Çox gözəl və dərin fikirdir və istər-istəməz Nitşenin «Güc insanı axmaq edir» fikri ilə həmahəng səslənir. Doğrudan da, yalnız kifayət qədər ağlı olmayan, sağlam düşüncədən məhrum şəxs hakimiyyətini yalan və riyakarlıq üstə qura bilər. Doğrudur, xalqı qorxaq və müti olan ölkələrdə yalan və riyakarlıqla bir müddət, hətta 5-10 il hakimiyyət sürmək mümkündür. Bəs sonra? Sözsüz ki, hər şey qum sarayları kimi dağılıb gedəcək və illərlə toplanan oğurluq sərvət puça çıxacaq. İran diktatoru Məhəmməd Rza Pəhləvinin oğlanlarının atalarından qalan 15 milyard dolları bir neçə ilə dağıtması dediklərimizə sübutdur. Bəlkə, yalançı və riyakar diktator üçün elə bu 5-10 il də kifayətdir? Necə deyərlər, «posle menya xot potop». Ola bilər. Əgər belə düşüncə ilə diktator zülm və riyakarlıq səltənəti qurursa, onda haqlıdır. Adının tarixdə şər rəmzi kimi qalması, portretinin gələcək psixologiya dərsliklərində riyakarlıq nümunəsi kimi göstərilməsi onun üçün heç nə demək deyilsə, onda uğur olsun. Amma bir də var, şər diktatoru özünün haqlı olmasına və günahsızlığına inanıb rəzillik səltənəti yaradır. Və ümumiyyətlə, bir çox diktatorlar doğrudan da, belə olur. Amma gec-tez Çauşeski və başqaları kimi özü qurduğu zorakılıq sarayının xarabalıqları altında qalıb məhv olur. Halbuki, bir balaca ağıl və sağlam düşüncə olsa, fəlakətdən qaçmaq mümkündür. Amma neyləyəsən ki, beyinlərinin mexanizmi elə qurulub ki, qarşısıalınmaz bir inkişafla diktatoru öz şərəfsiz sonluğuna aparır.

 

 

 

Реклама
Categories: Qızıl fəlsəfə | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: