Təbiət yoxsullaşır

Uçub getdi qaranquşlar,

Küsüb getdi Bakımızdan.
Heç kimin yadına düşmür,
Razıyıq idrakımızdan.

Çəmənliklər, meşəliklər,
Ləğv olundu Bakımızdan.
Dəmir-beton evlər tikdik.
Razıyıq idrakımızdan.

Quşlar, böcəklər, arılar,
Yoxa çıxdı Bakımızdan.
Kəpənəklər ləğv edildi,
Razıyıq İdrakımızdan.

Kim mənimçün tapsa əgər,
Bircə dənə cırcırama
Onu müftə apararam
Həm Məkkəyə, həm də Şama.

Gecə lampa işığına
Gələn pərvanələr hanı?
Yoxdur, axtar başdan-başa
Lənkəranı, Zəngilanı.

Evlər, şüşə-beton evlər
Bundan başqa yoxdur heç nə.
Əvəzində «çox hörmətli»…
Cənabların nə vecinə.

Gecə çöldən, həyətlərdən
Bircə dənə səs gəlməyir.
Bakıda təbiət öldü,
Heç cür ruhum dincəlməyir.

Bu ölkədə bapbalaca
Çəyirtkə də yoxa çıxıb.
Bircə oğru sərçə qalıb,
O yazıq da lap karıxıb.

Məndən başqa elə bil ki,
Bu ölkədə yoxdur heç kim.
Həyətdəki maşınıyla
Fəxr eyləyir mənim elim.

Ac tırtıllar daraşarsa,
Necə yaşıl bir meynəyə
Eləcə də, daraşıbdır
Acqurd sürü bu ölkəyə.

Ekosistem məhv edilir,
Bioloqlar yatıb hələ.
Bakı, Sumqayıt birləşib,
Yaman düşmüşük cəncələ.

Baxarsınız, çox keçməz ki,
Quruyar şanlı Xəzər də.
Onda da bunlar ayılmaz,
Bilinməz xeyir də, şər də.

Min eşq olsun estonlara!
Litvalılar, alqış sizə!
Hər ağaca nömrə qoyub,
Bələdsiniz meşənizə.

Kəpənəklərə toxunmaq,
Çöldən çiçək dərmək olmaz.
Böyük millət belə olar,
Sayları olsa da çox az.

İnsanlarımız büsbütün
İllər keçdikcə qullaşır.
Dılğırlarımız varlanır,
Təbiətsə yoxsullaşır.

Реклама
Categories: Şeirlər | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: