Faşizm və ya kommunizm

Birbaşa qeyd edək ki, əlbəttə, kommunizm daha pisdir. Faşistlər heç kimi məhkəməsiz qətlə yetirmədilər. Konslagerlərə gəldikdə isə, o tamamilə başqa məsələ və başqa mövzudur.
Almaniya və İtaliyada faşistlər hakimiyyətə qanuni yolla, seçkilərlə gəlmişdilər və onlar hətta Reystaqı yandıran dılğır bolqar kommunisti Georgi Dmitrova açıq məhkəmədə bəraət də verdilər.
Bəs kommunistlər?
Rusiyada və başqa respublikalarda 1917-28-ci illərdə məhkəməsiz-zadsız o qədər günahsız insan qırdılar ki, basdırmağa belə, yer tapılmırdı.
Leninin, Trotskinin, Stalinin və başqa cəlladların əmri ilə bütöv kəndlər ucdantutma pulemyot atəşləri ilə qırılırdı. Təxmini hesablamalara görə, sovet hakimiyyətinin 20-30 ili ərzində 40 milyona qədər insan məhv edilib.
Əlbəttə, bunu hansı mənadasa başqa cür də qiymətləndirmək olar. Ancaq bu da başqa bir mövzudur və heç bir şübhə yoxdur ki, rusların sayca azalması son nəticədə bütün dünyada azadlıq və dincliyin xeyrinə oldu.
Lakin təkrar edirik ki, bu, başqa mövzudur və biz kommunistlərlə faşistləri müqayisə edirik.
Bizim bir çox uzunqulaq jurnalist və siyasilərimiz üçün faşist kommunistdən qat-qat, ağlasığmaz dərəcədə cinayətkardır və ümumiyyətlə, başdan-ayağa qara bir məxluqdur. Bu uzunqulaqlar və uzunqulaqkalar həmişə erməniləri faşist adlandırmaqla guya, onları rüsvay edirlər.
Faşistlər isə hətta antifaşist olan heç bir ədəbi simaya, heç bir filosof və elm xadiminə toxunmadılar. Lenin isə bütün yazıçı və mütəfəkkir antibolşevikləri ya qırdı, ya da xam vaxtı Rusiyadan sürgün etdi. Faşist rəhbərlərinin evlərində və banklarda şotlarında bir qəpik də yox idi. Leninin, Trotskinin, Buxarinin, Kaminevin, Zinovyevin və ümumiyyətlə, Stalindən başqa bütün bolşevik rəhbərlərinin hamısının İsveçrə banklarında evlərdən qarət olunmuş tonlarla qızılı və milyonlarla dollarla pulu vardı.
Hitler SSRİ-yə, yəni Rusiyaya hücüm etdi. Niyə? Çünki 2 həftə sonra Stalin 50 min tank, 100 min top, 25 min təyyarə və 250 diviziya ilə Avropaya hücum edib, oranı cəmi bir neçə aya işğal edəcəkdi. Çünki bu qədər qüvvənin qabağında duracaq heç nə yox idi. Amma Hitler özünü və xalqını qurban verib Stalini qabaqladı. İndi deyin görüm, kim pisdir?
Bəli, bizim çoxumuz və çoxumuzun ata-anaları kommunist olublar. Çünki o vaxt kommunist olmadan nəinki vəzifə almaq, heç yaşamaq mümkün deyildi. Lakin bu bizə ağıllı və ədalətli olub, haqqı nahaqdan ayırmağımıza mane olmamalıdır.
Ən tupoy isə İtaliyanın antifaşist partizanları idilər ki, rusların «Katyuşa» mahnısını oxuya-oxuya əllərinə kim keçirdisə, məhkəməsiz dar ağacından asırdılar. Hətta dahi filosof Covanni Centilyeni də.
Hətta Norveç antifaşistləri Nobel laureatı dahi Knut Hamsunu da tutub edam etmək istəyirdilər, yaxşı ki, Norveç hökuməti buna imkan vermədi.

 

 

 

Реклама
Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: