Kafka və mən

İnsan nə qədər pessimist olmalıdır ki, dünyadan köçərkən öz əsərlərini, özü də necə əsərlərini, yandırmağı dostundan xahiş etməlidir. Onun özünün buna əli gəlməyib. Axı başqaları bilməsə də, o, bu əsərlərin hansı qüdrətə sahib olduğunu bilirdi.

Ölümündən sonrakı dünya şöhrətinin Kafkaya nə dəxli! Bu şöhrət əxlaqsız şöhrətdir. O mənada ki, dirisini öldürürsən və son nəfəsdə ona deyirsən ki, bağışla, səhv etmişəm, sənin heç bir günahın yox imiş.

Kafka üçün dünya heç nə idi, o da dünya üçün. Amma itirəndən sonra dünya ondan üzr istəmədən çox böyük itkiyə məruz qaldığını elan etdi.

Bu günki şöhrət Kafkaya lazımdırmı? Yox. Kaş o, orda-burda çap olunaydı, amma bizdə olduğu kimi, hamı əvvəlki kimi heç nə anlamayıb susaydı və haqqında indi olduğu kimi on minlərlə əsərlər yazılıb göylərə qaldırılmayaydı. Çünki bu vəcdlər gecikmiş və tamamilə faydasızdır.

Eyni zamanda bu tədqiqatların çoxunun müəllifi də Kafkanı qətiyyən anlamırdılar. Onu anlamaq üçün dünyanı, həyatı onun gözləri ilə görmək lazımdır. Bu isə çox az, hədsiz az Kafka sevənlərə nəsib olub.

İndiyə qədər dünyada yazılan nəsr əsərlərinin böyük əksəriyyəti bəsit istedad və idrakın məhsulu olduqları üçün yalnız orta məktəbin ilk illərində oxunması lazım və faydalıdır. Çünki bu çoxmilyonlu əsərlər həyatın zahiri təsvirindən ibarətdir. Bu zahiri görünüşlər və hadisələr isə həyatın əsli deyil, əyri və bəsit kopiyasıdır. Həyatın əsl vaqeələri, təkrar edirik, pərdə arxasında baş verib, gözəgörünməzdir. Kafkanın gözləri və idrakı isə öz rentgen şüaları ilə həmin hadisələri görür və təsvir edirdi.

Kafka sevgi oyunları oynayıb və sevgi məktubları yazıb başını qatırdı. Kafkanı ev, ailə sahibi kimi təsəvvür etmək mümkün olmur.

Bu gün dünyanın ağıllı başları Kafka əsərlərindən ləzzət alır, mənim isə həmin əsərlər xoşbəxtliyimin ayrılmaz hissəsidir. Nitşe, Bethoven, Üzeyir Hacıbəyovun əsərləri kimi.

Siz elə bilirsiz bu gün Kafkanı göylərə qaldırmaqla dünya dəyişir? Xeyr, yenə həmin kor və tupoy dünyadır. Sadəcə, dəbə uyub bir-birlərini təqlid edirlər.

Kafka əsərlərinin mahiyyətini dərk edib, ondan xoşbəxt olanlar neçə nəfər olar? Onu dərk etməyənlərsə minlərlədir. Külliyyatlarını alıb evdə şkafa düzənlər… Və Kafkanın əzəməti və böyüklüyü də bundadır.

Və nəhayət, mən də «Ehram», «Artakserks» və başqa romanlarımla qətiyyən Kafkaya bənzəməyən və eləcə, onun kimi cəmi bir neçə yüz oxucusu olan xoşbəxt müəlliflərdənəm.

Məgər dünyada indiyə kimi kimsə bir nəfərlə bütöv bir ölkənin, xalqın, hakimiyyətin, hətta dünyanın gözəgörünməz düşmənçiliyini, mübarizəsini və antoqonizmini qələmə alıbmı? Yox!

Və ya kimsə indiyə kimi bir ölkədə min illər ərzində dəyişməz bir rejimi və onun rəmzi olan bir tiranla eyni bir xalqın qarşılıqlı münasibətlərini əks etdiribmi? Yox! «Artakserks» bundan bəhs edir.

Yaxşı ki, ətrafımda gənclər var və mən özümü onlarda görürəm. Necə təsəvvür edirəmsə, eləyəm.

 

 

 

Реклама
Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: