Qonşu

Qonşu necə əmələ gəlir?  Təsadüfən və ya zərurətin nəticəsi kimi?

Təbiətdə adətən, yeyilənlərlə yeyənlər qonşu olurlar. Lakin ikincilər heç vaxt balansı pozmur və nəticədə arealda daim iki sistem qonşuluqda yaşayırlar.

İnsan cəmiyyətlərində isə məsələ bir qədər mürəkkəbdir.

Dağıstan xalqları öz mikroareallarında min illərlə həm əlahiddə, həm də qonşuluqda yaşayırlar. Çoxlar heç vaxt azları həzm etmirlər.

Eləcə, çoxlu etnosları olan Böyük Britaniyada ingilislərdən başqa çoxsaylı şotlandlar, irlandlar və uelslər də yaşayırlar. Əsrlər boyu qarşılıqlı münasibətlərdə və hətta münaqişələrdə olsalar da, çoxsaylı anqlosakslar bu xalqların heç birini həzm və ya məhv etməyiblər.

Şotlandlar, irlandlar daim siyasi müstəqilliyə can atıb, bu yolda çoxlu qurbanlar versələr də, irlandlar XX əsrdə, şotlandlar isə lap bizim günlərdə praktiki müstəqilliyə nail olublar.

Min ilə yaxındır ki, bu etnosların heç biri ingilisləşməyiblər, əksinə, İngiltərə elminə, fəlsəfəsinə, ədəbiyyatına çoxlu sayda nəhənglər bağışlayıblar.

Ümumiyyətlə, böyük Mirzə Fətəlinin «ingilisə nisbətən despota min rəhmət» fikri məndə təəccüb doğurur. Məgər ayıq və praqmatik filosofumuz ləyaqətli və ədalətli millətin müstəmləkəsi olmağın mənfur Şərq despotizmindən qat-qat yaxşı və faydalı olduğunu görmürdümü? Tutalım, qacarlar İranı və onun bir hissəsi olan Azərbaycan Şərq despotizminin qapazaltısı idi. Məgər bu, onlara İngiltərə müstəmləkəsi olan Hindistandan hansısa bir üstünlük verirdi?

Əlbəttə, ingilislərin verdiyi bu üstünlük yalnız XX əsrdə özünü parlaq şəkildə göstərdi. Cənubi Afrika Respublikası və müasir Hindistan hara, İran və ya Əfqanıstan və ya Azərbaycan hara. Görünür, Mirzə Fətəlimiz burda da çar imperiyasının geosiyasi mövqeyinə qulluq etmişdir.

Azərbaycanın tarix boyu nadan və beyinsiz şahları (İranın tərkibində) məktəblər, universitetlər açmaq əvəzinə, daim bir-birləri və osmanlı sultanları ilə müharibələrdə olduqları üçün min illik tarixdən məscid və məqbərələrdən başqa heç nə qalmamışdır.

Ərəblər Azərbaycana fəlakət buludları kimi gəlib, xalqın mahiyyətini anlaşılmaz və qeyri-müəyyən şəkildə formalaşdırdılar. Nəticədə nə onlara oxşadıq, nə də başqalarına. Azadlıq və müstəqilliyə heç bir ehtiyacı olmayan kütləyə döndük.

Eləcə, qonşularımızdan da bəxtimiz gətirmədi. Lakin buna baxmayaraq, XIX əsrin əvvəllərinə kimi bütün ətraf etnoslar mədəni cəhətdən bizim təsirimiz altında idilər. Bütün Tiflis və Gürcüstan Azərbaycan türkcəsində danışırdı. Ermənistan isə tamamilə bizim idi və qonşu Dağıstanda da elitanın dili Azərbaycan dili idi. Şeyx Şamilin və ailəsinin azərbaycanca danışması buna ən parlaq sübutdur. Lakin XIX əsrdə daha dəhşətli fəlakət buludları başımızın üstünü örtdü. Ruslar ölkəmizi işğal etdilər, nəticədə 150 il ərzində bütün olub-qalan ləyaqətlərimizi də itirdik.

Kaş, kaş İngiltərənin müstəmləkəsi olaydıq. Gör nə təbii istedad genlərinə malik olan xalqımız hansı yüksəklərə ucalardı, hansı firavanlıqlarda pərvaz edərdik.

Реклама
Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: