Professor

O, 90-cı illərin əvvəllərindən mənə yaxınlaşıb dostluq münasibətləri yaratmaq istəyirdi və bu, baş tutdu da.

Əvvəllər səmimi idi, haqqımda böyük monoqrafiya yazmaq istədiyini söyləyirdi. Lakin sonralar tədricən dəyişib olduğu şəklini aldı, hər şeydə praqmatiklik.

Bəli, belələri üçün dostluq iki cürdür. Birincisi «rasşşot»! Yəni əl-əli yuyar, əl də üzü, sən bunu elə, mən də bunu.

İkincisi səmimi dostluq, amma özündən aşağıda olanlarla. Yanında ədəbi fiqurunun kiçilmədiyi, ən azı taylarınla.

Onun siyasi kişiliyi məni aldadırdı. Çünki bu, həqiqətən vardı. O, bəzən ikilikdə hətta səmimi olurdu. Çünki bu zaman yatan vicdanı oyanırdı. Və o, heç nə itirmədən edə biləcəyi xeyirxahlıqları edəcəyinə ürəkdən söz verirdi, amma ikilikdə ikən.

Elə ki ayrılırdıq, vicdanı yenə yatırdı.

Beləcə, illər keçirdi. O, tez-tez xaricdə olurdu. Avropada böyük məramlı beynəlxalq bir təşkilat da yaratmışdı. Məşhur adamları, özünəbənzərləri, ortababları hər iki ildən bir, ya ildə bir dəfə Parisə və ya Londona yığıb iki gün söhbətləşir, dostluq və işgüzar əlaqələr yaradırdılar. Amma konqresin məqsədi söz olub qalırdı. Çünki onu milli amallar deyil, şəxsi planları düşündürürdü. Konqres də elə bu niyyət üçün yaradılmışdı.

Doğrudur, o, iki kitabıma ön söz yazmışdır. Lakin elə ustalıqla yazmışdır ki, heç nə demir və onlardan heç bir real fayda görmək, heç bir sitat gətirmək mümkün olmur.

Təbii ki, bu ön sözlərin heç bir effekti də olmur və mən onlardan heç yerdə istifadə etməmişəm və etməyi də nəzərdə tutmuram.

O, Türkiyədə nəşr olunmaq üçün məni İstanbuldakı  nəşriyyatlardan birinə apardı. Romanların nəşriyyatda çox böyük həvəslə qəbul edilməsinə baxmayaraq, çap olunması mümkün olmadı. Səbəbi aydın deyil. Amma güman etmək olar ki, özü sonradan çaplarına mane olur.

Mən aran rayonlarımızın əhalisinə inanmır, onlardan qorxurdum. Amma onun mövcudluğu bu nəticənin həqiqiliyinə mane olurdu. Axır ki, düşüncələrimin həqiqət olduğu aşkar oldu.

İndi beləsi ilə neyləməli? Axı bir yerdə nə qədər çörək yemişik.

Heç nə. Ona eləcə, «rasşşot»la yaşamağı və uzun, firavan ömür sürməyi arzulamaq lazım gəlir ki, barı, sonda heç nə qazanmadığı aşkar olsun.

Onun dedikləri, etmək istədikləri, başladığı işlər, xeyirxahlıqlar heç vaxt baş tutmur və ən pisi odur ki, o, bundan qətiyyən narahat olmur.

Yaxşı ki, hər şeyin sonu var, «rasşşot» və riyakarlığın da. Sonda mütləq iflas üzə çıxır, əlli il sonra olsa da.

Sadəcə, mənə gündəliklərim çap olunarkən xeyli pozma əməliyyatı lazım gələcək ki, bu da asan iş deyil.

Реклама
Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: