Ləzzət

İnsan ləzzətin quludur. Ləzzət nədir? Körpə uşağa köz yaxınlaşdırsaq, dərhal sevinclə əlini uzadıb tutmaq istəyəcək. Çünki hələ ağlı formalaşmayıb ki, ona desin olmaz, təhlükəlidir, yanarsan, ölərsən.

Amma uşağın közə xoşu gəlir. Xoşu gəlmək ləzzətin ağıldan qədim olan ilk fazasıdır.

İnsanlar papiros çəkməyə əsasən ağıllarının formalaşmadığı, normal dərəcədə inkişaf etmədiyi yeniyetmə, 8-12 yaşlarında alışırlar. Bəs sonra ağılları dərk edəndə ki, bu çox zərərli vərdişdir, niyə əl çəkmirlər? Çünki artıq ləzzət verir, yandırır, ölümü yaxınlaşdırır.

Bəs insan niyə pislik edir? Məsələn, dövlət başçısı xalqın haqqını kəsir, yalan nitqlər və vədlərlə onları addımbaşı ələ salır, aclığa, ehtiyaca, hüquqsuzluğa məhkum edir. Çünki ləzzət verir. Niyə ləzzət verir? Çünki nifrət edir. Elədiyindən qorxur, yol gedərkən maşınlarda gizlənir, daim özü ilə «teloxranitel»lər gəzdirir. Çünki pislik etdiyini, yalan danışdığını, ələ saldığını, haqsızlıq etdiyini bilir. Amma niyə yenə edir? Çünki ləzət verir. Beləsində hisslər, ehtiraslar ağlı qat-qat üstələyir.

Deməli, beləsinin ağlı inkişaf etməyib, deformasiyaya uğrayıb. Bəlkə də, Lenin kimi beyninin bütöv bir yarımkürəsi zay olub.

Qəribədir ki, belələri nəinki tutulub psixi xəstəxanalarda saxlanılmır, əksinə, bir çox ölkələrdə hətta hakimiyyət başındadırlar. Şimali Koreyada, Kubada, Belorusiyada, Ukraynada, Rusiyada, İranda məhz belələri dövləti, hakimiyyəti ələ keçirir, heç kimə vermir, xalqlarına qarşı nəinki ədalətsizlik, hətta cinayət törədirlər.

Çünki ağılları, sağlam düşüncələri yetərincə deyil. Hisslərlə, ehtiraslarla yaşayır və bundan ləzzət alırlar.

Həmin ölkələrin xalqları da bu çoxillik əsarətə uyğunlaşıb, öz haqları uğrunda ölüm-dirim mübarizəsinə çıxmırlar. Çünki onlar ev heyvanları və quşları kimi qırıntılarla dolanıb, hətta mahnı da oxuyurlar. Bu cəhətdən yalnız ərəb xalqları istisna təşkil edir.

İnsan çox şeydən ləzzət alır. Çünki ləzzətin palitrası sonsuzdur. Necə ki, mənfiliklər bitib-tükənməzdir.

Mənfi emosiyalar kütləvidir, müsbət emosiyalar isə fərdi. Pislik, paxıllıq, zülm hamıya ləzzət verir, sevgi, gözəl musiqi, xeyirxahlıq, səxavət isə tək-təklərə.

Uzaq keçmişlərdə bunu bilirdilər. Ona görə dövlət quşunu buraxırdılar, o da kimin başına qonurdusa, onu şah seçirdilər. Çünki… quşlar səhv etmir. Xeyirxahı xəbisdən ayıra bilirlər, insanlar isə ayıra bilmir.

Qorxur, amma haqsızlıq və zülm etməkdən əl çəkmir. Haqsızlıq və zülm etdiyini bilir, amma ləzzət verdiyinə görə əl çəkə bilmir. Ona görə əl çəkə bilmir ki, zülm də siqaret və ya narkotik kimi ləzzət verir.

Реклама
Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: