Tələsən məddahlardan biri

Dünyada hamı ölür, hətta ölməzlər də, hətta məddahlar da. Uzun illər belələrindən biri mərhum Yaşar Qarayev idi.

Qədim yunanlar ölənin dalınca ancaq yaxşı danışmağı tövsiyə edirdilər. Yəni ki, isti-isti.

Doğrudan da, insan ölən kimi onun pis əməllərini sadalamaq yaxşı deyil. 5-10 il keçəndən sonra isə olar. Çünki həqiqət üzə çıxmalıdır, kim olur-olsun.

Mərhum, uzun illər bir ədəbiyyatçı və tənqidçi kimi, günəbaxan bütün günü günəşə tərəf çevrilib səcdə etdiyi tək, daimYazıçılar İttifaqının sədrlərinin əsərlərini tərifləməkdən, mədh etməkdən başqa heç nə bilmirdi. M.İbrahimovun, İ.Qasımovun, Anarın və s. Bu sənətkarların əsərlərinə onlarda olmayan məziyyətləri yapmaq, onları ədəbiyyat şedevrləri kimi təqdim etməkdə mərhum usta idi. Rəhmətlik anam onun səsini xoşlamırdı, səbəbini deməsə də. Səbəb isə o idi ki, Yaşar müəllimin yığıncaqlarda və televiziya çıxışlarında səsi kal, yəni qeyri-təbii və saxta çıxırdı. Çünki həqiqəti demirdi, yalan toxuyurdu. Doğrudur, yalan danışıb səsi təbii olanlar da var, hətta çoxdur. Amma bu kişidə alınmırdı. Xüsusilə, bərkdən danışanda.

Məşhur fəlsəfəni mühitə uyğunlaşdırmaq ustası S. Xəlilov Moskvada nəşr etdirdiyi «Gözəl aforizmlər» toplumuna Yaşar Qarayevdən də çox bəsit bir fikri aforizm kimi daxil edib. Yaşar müəllim filosof deyildi və belə bir iddiası da yox idi. Amma Səlahəddin müəllim böyük Mirzə Fətəlini kənara qoyub Yaşarı filosoflaşdırıb. Niyə? Yəqin ki, məddahlığına görə.

Bəli, məddah olmaq çox sərfəli, gəlirli sənətdir. Adam institut direktoru, hətta akademik olur, dövlət mükafatına layiq görülür.

Məsələn, yadımdadır, Yaşar Qarayev uzun illər Anar haqqında heç nə yazmamışdı. Elə ki, 1985-ci ildə Anar nəhayət ki, Yazıçılar İttifaqının sədri oldu, Yaşar dərhal səhvini başa düşüb «Azərbaycan» jurnalında böyük bir məqalə ilə çıxış edib, Anarın əsərlərini dünya ədəbiyyatının inciləri kimi təhlil etdi. Nəticədə movqeyini qorudu.

Bu adam o qədər təşkilat və komitələrin sədri və üzvü seçilmişdi ki, saymaq belə mümkün deyil. Və o, bircə dəfə də etiraz edib deməmişdi ki, a kişilər, axı mən öldüm, tualetə getməyə də vaxtım yoxdur, bu işi verin filankəsə, çünki məsələyə o məndən daha yaxşı bələddir.

Yox, elə şeylər Azərbaycan aliminin, Azərbaycan vəzifəlisinin alnına yazılmayıb, «tembole» nuxulu ola.

Bəli, heyf ki, çox vaxt məddahlar və paxıllar vaxtından tez ölür. Ona görə heyf ki, onlar daha yaxşı zamanı görmək, yeni ilham, yeni şöhrət qazanmaq imkanlarını əldən buraxırlar.

Amma neyləməli? Hüseyn Arif demişkən, tələsməyənlər də bəzən tələsir. Amma gərək tələsməyəsən. Çünki yaxşı gün də, pis gün də daim qabaqda olur.

Bədii ədəbiyyat təbiətdə və həyatda həqiqəti, gözəlliyi və ləyaqəti təsvir etməkdir. Hər hansı bir bədii əsərdə bu, nə dərəcədə əks olunub, bunu tənqid müəyyən edir. Yaşar müəllimin missiyası bu olmalıydı. Amma o, peşəsinin xüsusiyyətini dəyişib yalnız vəzifə sahiblərini ölməzləşdirməyə çalışırdı və təəssüf ki, onun bütün təşəbbüsləri puça getdi. Həmin ölməz əsərlərin əksəriyyəti onunla bərabər öldü.

Təsəvvür edin ki, müasir dünya ədəbiyyatına və onun qabaqcıl nümayəndələrinə qətiyyən bələd olmayan bu adam (çünki oxumağa vaxtı yox idi) «dünya ədəbiyyatının inkişaf qanunauyğunluqları»,  problemləri üzrə əlaqələndirmə şurasının da sədri idi.

Bəli, insan gedəndə xeyli vəzifələr, sədrliklər də azad olur və çox zaman öz həqiqi sahibini tapır.

 

 

 

Реклама
Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: